12 okt 15:47Sosial

Rəqsanənin əkizləri doğuldu - 3 ay tez FOTO

Rəqsanənin əkizləri doğuldu - 3 ay tez FOTOKörpələr iki ay xəstəxanada saxlanılacaqlar.

Əkizlərə hamilə olan müğənni Rəqsanə İsmayılova yenidən ana olub. müğənninin övladları vaxtından bir neçə ay öncə doğulublar.

İfaçı uşaqlarının hazırda şüşə altında olduğunu deyib. "Allahıma şükür edirəm və hər kəsə valideyn olmağı arzu edirəm. Sadəcə, uşaqlar üç ay tez doğuldu. Hazırda əkizlər şüşə altında saxlanılır. İki ay bu cür davam edəcək".

R.İsmayılova özünün də reanimasiyadan yeni çıxdığını bildirib. O, həyat yoldaşım bu haqda çox danışmağımı istədiyini, bir az özümə gəldikdən sonra işlərimn qayıdacağını deyib.

O, "İnstagram" səhifısində əkizlərinin xəstəxanadakı görüntüsünü də paylaşıb.

Qeyd edək ki, bu, Rəqsanənin ikinci nikahıdır. O, Rusiyada yaşayan iş adamı Fazil bəylə ailəlidir. Sənətçinin Aysun və Yağmur adlı iki qızı da var.
loading...
XƏBƏR LENTİ