12 okt 15:44Sosial

Sumqayıtda 4 tələbə dönərdən zəhərləndi

Sumqayıtda 4 tələbə dönərdən zəhərləndiSumqayıt şəhərində kütləvi zəhərlənmə olub.

“Report” xəbər verir ki, Sumqayıt Musiqi Kollecinin tələbələri - 16 yaşlı Ləman Əsgərova, 17 yaşlı Turac Abdinova, 17 yaşlı Bahar Əhmədova və 18 yaşlı Aydan Abdullayeva qida zəhərlənməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Araşdırma zamanı onların Sumqayıt şəhəri, 43-cü məhəllə ərazisində yerləşən dönərxanaların birindən alıb yedikləri dönərdən zəhərləndikləri məlum olub.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.
loading...
XƏBƏR LENTİ