16 sen 13:08Sosial

ALDP Bakının azad olunan zaman türk və Azərbaycan şəhidlərini yad edib

ALDP Bakının azad olunan zaman türk və Azərbaycan şəhidlərini yad edibAzərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Sədr Aparatının iclasını keçirib. İclasda Bakının erməni-bolşevik birləşmələrindən azad olunmasın 100 illiyi və partiyanın 2019-cu il iyun ayına qədər fəaliyyət programı müzakirə olunub.

Fuad Əliyevin təklifilə Bakının azad olunan zaman türk və Azərbaycan şəhidləri bir dəqiqəlik sükütla yad edilib.

ALDP sədri Fuad Əliyev Bakının erməni-bolşevik birləşmələrindən azad olunmasının 100 illiyilə bağlı qısa məlumat verib: “1918-ci il sentyabrın 15-də Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu və Azərbaycan Korpusu Bakıya daxil olaraq şəhəri erməni-bolşevik işğalından azad edib. Bu qələbədən sonra Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin paytaxtı sentyabrın 17-də Gəncə şəhərindən Bakıya köçürülüb. 1918-ci il sentyabrın 15-də Bakının azad olunması Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı zəminində müstəsna əhəmiyyət daşıyan böyük hadisədir. Osmanlı qoşunları Bakının azad olunması üçün 1130 şəhid veriblər.”

Sonra partiyanın yaranmasının 20 illiyi və yay mövsümündə keçirilən tədbirlərlə bağlı ALDP Gənclər Təşkilatının (GT) sədr müavini Ülvi Əfqanlı məlumat verib: “Biz partiyanın yaranmasının 20 illiyi ilə bağlı nəzərdə tutulan tədbirləri keçirdik. Partiya üzvləri arasında “ALDP Kuboku” uğrunda nərd, futbol və şahmat yarışları keçirilib. Yarışlarda ALDP-nin bütün rayon təşkilatları da iştirak edib və qaliblər mükafatlandırılıb”.

Daha sonra ALDP GT sədri Murad Əliyevin hərbi xidmətə getdiyinə görə sədrliyin müvəqqəti olaraq ALDP MNTK-nın sədri Vaqif Eyvazova həvalə olunması qərara alınıb.
loading...
XƏBƏR LENTİ