16 avq 11:50Sosial

DİM 596 bal toplayıb, ali məktəbə qəbul olmayan abituriyentin YALANINI İFŞA ETDİ

DİM 596 bal toplayıb, ali məktəbə qəbul olmayan abituriyentin YALANINI İFŞA ETDİDövlət İmtahan Mərkəzinin mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə Publika.az-a açıqlamasında bildirib ki, İbrahim Əsgərlinin imtahan nəticəsi paylaşılan məlumatdan az olub:

“Həmin abituriyent topladığı balı “fotoşop” proqramı vasitəsilə dəyişərək, təhsil eksperti Kamran Əsədova göndərib. Əslində, onun topladığı bal daha azdır. Abituriyentin topladığı bal, seçdiyi ixtisaslara keçid balından az olduğu üçün ali məktəbə daxil ola bilməyib. Abituriyentin nəticələri ilə bağlı məxfilik qorunduğundan özünün razılığı olmadan nə qədər bal topladığını açıqlaya bilmərik”.

Xatırladaq ki, təhsil eksperti Kamran Əsədov bu il ali məktəbə qəbul imtahanında iştirak edən İbrahim Əsgəri adlı abituriyentin 596 bal toplasa da, ali məktəbə qəbul olmadığı barədə məlumat yayıb.

Onun sözlərinə görə, abituriyent birinci imtahanda 529, ikinci imtahanda isə 596 bal toplayıb.

Abituriyentin balı seçdiyi ixtisaslar arasında həm dövlət sifarişli, həm də ödənişli yerlərin keçid balına uyğun olsa da, heç birinə qəbul olmayıb.

Abituriyentin valideynləri bununla bağlı Dövlət İmtahan Mərkəzinə müraciət edəcəklərini bildirib.
loading...
XƏBƏR LENTİ
17-09-2018, 19:11