16 avq 11:38Sosial

QHT Xaçmazda uşaq hüquqlarının qorunması ilə bağlı tədbir keçirib

QHT Xaçmazda uşaq hüquqlarının qorunması ilə bağlı tədbir keçiribAzərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzi İctimai Birliyi (ADİİM) Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə Xaçmaz rayonunda “Uşaq hüquqlarının qorunması ilə bağlı maarifləndirmə tədbirlərinin təşkili” mövzusunda növbəti tədbirini keçirib.

Xaçmaz rayon 2 saylı məktəbəqədər təhsil müəssisəsində uşaqlar, tərbiyəçi müəllimələr, valideynlərin iştirakı ilı keçirilən tədbirdə Azərbaycanda uşaqların hüquqlarının qorunması ilə bağlı dövlət tərəfindən atılan addımlardan, uşaqlara göstərilən qayğı və diqqətdən, həmçinin problemlərdən söhbət açılıb.

Layihənin rəhbəri Cavid Şahverdiyev bildirib ki, son illər bu sahənin fəaliyyətini tənzimləyən milli qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə ardıcıl işlər aparılır, respublikamız uşaq hüquqlarının təminatı ilə bağlı bir sıra beynəlxalq sazişlərə, konvensiyalara qoşulur. BMT-nin Baş Məclisi 1989-cu il noyabrın 20-də "Uşaq hüquqları haqqında Konvensiya" qəbul edib. Dünyanın əksər ölkələri, o cümlədən Azərbaycan bu konvensiyaya qoşulub. Burada uşaqların bir çox hüquqları müəyyən edilib: “Onlar fikir, vicdan, din azadlığına, rəyini ifadə etmək, şəxsi həyat hüququnun müdafiə olunmasına, müxtəlif mənbələrdən, informasiyalardan istifadə etmək, laqeyd rəftar hallarından qorunmaq, fiziki, əqli, mənəvi, əxlaqi, sosial inkişafı üçün lazımi şəraitə, istirahət, asudə vaxt və mədəni həyatda iştirak etmək və s. hüquqlara malikdirlər.”
QHT Xaçmazda uşaq hüquqlarının qorunması ilə bağlı tədbir keçirib
QHT sədri vurğulayıb ki, Ümummilli lider Heydər Əliyev uşaq hüquqlarının müdafiəsinin davamlılığı, onun məzmununun zənginləşdirilməsi məqsədilə 1998-ci il avqustn 24-də "Uşaq hüquqları haqqında" Azərbaycan Respublikasının Qanununun təsdiqi ilə bağlı xüsusi fərman imzalayıb. Qanunun 3-cü maddəsində göstərilir ki, "uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir". Qanunda uşaqların hüquq bərabərliyi, vicdan, söz və məlumat azadlığı, yaşamaq və inkişaf etmək, tərbiyə almaq, şərəf və ləyaqətinin müdafiəsi hüquqları da xüsusi vurğulanır: “Hazırda ulu öndərin siyasi xəttini uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev uşaq dövlət siyasəti ilə bağlı silsilə fərman və sərəncamlar imzalayıb. Prezidenti İlham Əliyevin "Uşaqlar yaxşı məktəblərdə oxumalı, müəllimlər də yaxşı məktəblərdə işləməlidir" tələbi ölkədə real tətbiqini tapır. Bu işdə Heydər Əliyev Fondunun və onun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, birinci vitse-prezident Mehriban xanım Əliyevanın irəli sürdüyü təşəbbüslər, görülən işlər ictimaiyyət tərəfindən rəğbətlə qarşılanır. Heydər Əliyev Fondu uşaqların problemlərinə böyük diqqətlə yanaşır, onların hərtərəfli inkişafı, keyfiyyətli təhsil, yüksək standartlara cavab verən tibbi xidmətlərlə təmin olunması istiqamətində önəmli layihələr həyata keçirir”.
QHT Xaçmazda uşaq hüquqlarının qorunması ilə bağlı tədbir keçirib
O da vurğulanıb ki, tərbiyə prosesinin təşkili zamanı sosial mühitdən və maddi vəziyyətindən asılı olmayaraq uşaq və gənclər üçün bərabər imkanların yaradılması, onların ictimailəşdirilməsi şəraiti, demoqrafik qrup kimi qəbul edilməsi daim ön planda olmalı, həyatın çətin anlarında uşaqlara dövlət və cəmiyyət tərəfindən qayğıkeş münasibət göstərilməlidir.
loading...
XƏBƏR LENTİ
17-09-2018, 19:11