16 avq 11:30Sosial

Bu şəxslər təhsilhaqqından azad edilib - Siyahı

Bu şəxslər təhsilhaqqından azad edilib - SiyahıAzərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisələrində ödənişli əsaslarla təhsil alan məcburi köçkünlərin təhsil xərclərinin ödənilməsi haqqında” 14 sentyabr 2011-ci il tarixli sərəncamına əsasən, məcburi köçkün statusu olan Azərbaycan Respublikası vətəndaşları təhsil müddəti ərzində təhsilhaqqından azad edilirlər (ancaq dövlət təhsil müəssisələrində).

Axar.az xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov qeyd edib. O, dövlət, bələdiyyə və özəl orta ixtisas, ali təhsil müəssisələrində təhsil aldıqları müddətdə təhsilhaqqından azad olanların siyahısını hazırlayıb:

“Azərbaycan Respublikasının Prezidentinin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların uşaqlarının təhsil xərclərinin ödənilməsi haqqında” 18 mart 2014-cü il tarixli Sərəncamına əsasən həmin şəxslərin təhsil alan övladları təhsil müddəti ərzində təhsilhaqqından azad edilirlər.

“Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” 3 sentyabr 1993-cü il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Şəhid ailəsi statusunu almış ailənin üzvləri təhsil müddəti ərzində təhsilhaqqından azad edilirlər.

“Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında“ 22 iyun 1999-cu il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən:

1. Hər iki valideyni vəfat etmiş 18 yaşınadək olan şəxslər;

2. Hər iki valideyn himayəsindən məhrum olmuş uşaqlar;

Bir valideyni vəfat etmiş və o biri valideyni I və II qrup əlil olan 18 yaşınadək şəxslər təhsil müddəti ərzində təhsilhaqqından azad edilirlər”.

Qeyd edək ki, ötən gün respublikanın ali təhsil müəssisələrinə qəbul olunmuş şəxslərin siyahısı açıqlanıb.
loading...
XƏBƏR LENTİ
Dünən, 19:52