15 avq 11:21Sosial

Mehman Hüseynov şərti azadlığa buraxılmasını istəyir

Mehman Hüseynov şərti azadlığa buraxılmasını istəyir2 il müddətinə azadlıqdan məhrum edilmiş bloqer Mehman Hüseynov cəzasının yarısını çəkməsi ilə əlaqədar vaxtından əvvəl şərti azadlığa buraxılması barədə ərizə ilə məhkəməyə müraciət edib.

Bu barədə Turan-a onun vəkili Şəhla Hümbətova bildirib.

Onun sözlərinə görə, ərizə keçən cümə günü Qaradağ Rayon Məhkəməsinə təqdim edilib və 10 gün ərzində baxılmalıdır.

Bloqer Mehman Hüseynov 2017-ci ilin martında Bakının Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayevin ona qarşı böhtan ittihamı ilə 2 il müddətinə azadlıqdan məhrum edilib.
loading...
XƏBƏR LENTİ