19 iyl 18:27Sosial

Arı sancan gənci öldürən həkimi bu şəxs himayə edir – Şikayət

Arı sancan gənci öldürən həkimi bu şəxs himayə edir – ŞikayətQolunu arı sancdığı üçün həkim tərəfindən məcburi əməliyyat edilərək öldürülən gəncin işilə bağlı “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar çıxaran Sabunçu rayon prokurorunun böyük köməkçisi, I dərəcəli hüquqşünas Turan Abasovla bağlı ailə məhəkəmə şikayət edib.

Bu barədə Axar.az-a ötən ilin oktyabr ayında arı sancmasından sonra 3 saylı Kliniki Tibbi Mərkəzin həkimi Tağı Əliyev tərəfindən əməliyyat edilən və həkimin verdiyi narkoz səbəbindən ölən, lakin ölüm işilə bağlı heç bir cinayət içi açılmayan 24 yaşlı Cavid İmanlının atası Filman Həsənov bildirib.

Ata bildirib ki, Sabunçu prokurorunun böyük köməkçisi, I dərəcəli hüquqşünas T.Abasov baş vermiş hadisəni düzgün araşdırmayaraq, “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 30 aprel 2018-ci i tarixində qərar çıxarıb. Ailə dəfələrlə çıxarılan qərardan narazı qaldığını və ölüm faktının düzgün araşdırılmadığını bildirsə də, işə baxılmayıb. Üstəlik, ölüm faktı ilə bağlı heç bir cinayət işi açılmayıb.

Ailə hesab edir ki, həkimin qoyduğu və ekspertlərin də düzgün hesab etdiyi diaqnoz tamamilə qanunsuz və əsassızdır, tibbi ədəbiyyatlara uyğun deyil.

Sabunçu Rayon Məhkəməsinə müraciət edən ailə məhkəmədən Bakı şəhəri Sabunçu rayon prokurorunun böyük köməkçisi Abasov Turan Qulu oğlunun 530C-17 nömrəli yoxlama materialı üzrə “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 30 aprel 2018-ci i tarixli qərarının qanunsuz sayılaraq ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş edib.

Qeyd edək ki, ötən ilin oktyabr ayında 24 yaşlı Cavid İmanlının qolunu arı sancması nəticəsində o, 3 saylı Kliniki Tibbi Mərkəzin həkimi Tağı Əliyevə müraciət edib. Öz ayağı ilə həkimə gedən C.İmanlını məcburi, heç bir analiz olmadan, ailəsinə məlumat vermədən əməliyyata salan həkim gəncə adi palatada digər xəstələrin yanında narkoz verərək əməliyyat etmək istəyib. Lakin gənc narkoz səbəbindən şok keçirib və dünyasını dəyişib.
loading...
XƏBƏR LENTİ