18 iyl 10:16Sosial

Deputat müalicə-sağlamlıq mərkəzi tikdirir

Deputat müalicə-sağlamlıq mərkəzi tikdirir96 saylı Goranboy-Naftalan seçki dairəsinin deputatı Mahir Aslanov Naftalanda müalicə-sağlamlıq mərkəzi tikdirmək istəyir.

Bu haqda xəbəri Contact.az yayıb. Xəbərdə bildirilir ki, Naftalan Şəhər İcra Hakimiyyəti Mahir Aslanova müalicə-sağlamlıq mərkəzi (MSM) tikmək üçün artıq icazə verib.

Sayt yazır ki, Milli Məclisin deputatı Mahir Aslanov Naftalan (Şirvan prospekti, 4C) ərazisində 0.83 hektar torpaq sahəsinə malikdir və orada iki korpusdan ibarət 7 mərtəbəli müalicə-sağlamlıq mərkəzi tikəcək.

Məlumata görə, müalicə-sağlamlıq mərkəzinin layihəsini “Arxdizayn MS” hazırlayıb.
loading...
XƏBƏR LENTİ