Gəncədə yeni həbslər » Avrasiya.Net
 
17 iyl 13:10Sosial

Gəncədə yeni həbslər

Gəncədə yeni həbslərİyulun 3-ü və 10-u tarixlərində Gəncədə baş vermiş cinayətlərdə ittiham olunan daha dörd nəfər iyulun 16-da saxlanılıb. Bu barədə virtualaz.org-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Həbs edilmiş Ceyhun Ələkbər oğlu Qurbanov Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin və barəsində terror aktı planlaşdırılan digər şəxslərin izlənilməsində ittiham edilir. Sonradan bu məlumat Yunis Səfərova ötürülüb. Qeyd etmək lazımdır ki, Ceyhun Qurbanov Yunis Səfərovun yaxın qohumudur.

Digər həbs olunanlar – Vüqar Allahverdiyev və Ülvi Həsənov iyulun 10-da Gəncədə baş vermiş hadisələrin fəal iştirakçıları olublar. Bundan əlavə, Alim Yusifov həbs edilib ki, o kütləvi iğtişaşlarda iştirak etmək məqsədilə kriminal aləmin bir neçə nümayəndəsini Şəmkirdən Gəncəyə çatdırıb.
loading...
XƏBƏR LENTİ