17 iyl 11:46Sosial

Allahşükür Paşazadə Gəncəyə getdi - Səbəb

Allahşükür Paşazadə Gəncəyə getdi - SəbəbQafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə bu gün səhər saatlarında Gəncə şəhərinə gedib.

Şeyxi QMİ-nin nümayəndə heyəti müşayiət edir. Allahşükür Paşazadənin Gəncədə törədilmiş iğtişaşlar, icra başçısı Elmar Vəliyevə və iki polis zabitinə qarşı sui-qəsd hadisələrilə bağlı şəhər ictimaiyyəti, dindarlarla görüşəcəyi bildirilir. Görüşlərdə şeyxin ictimaiyyəti, din adamlarını İslam adından sui-istifadə hallarına qarşı birliyə çağıracağı gözlənilir.

Allahşükür Paşazadə həmçinin, Gəncədəki iğtişaşlar zamanı həlak olmuuş iki polis zabitinin ailəsinə baş çəkəcək, onlara başsağlığı veriləcək.

Rəsmi məlumatlara görə, iyulun 10-da Gəncə şəhərində törədilmiş hadisələrlə bağlı 20-dən çox adam həbs edilib.

Eyni zamanda, məlumata görə, iyulun 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin həyatına sui-qəsdlə bağlı ümumilikdə 10-dan çox adam tutulub, axtarılanlar var...
loading...
XƏBƏR LENTİ
20-04-2019, 09:37
SORĞU
Marneulidə keçiriləcək mer seçkilərində hansı namizədin seçilmə şansı daha çoxdur?
Zaur Darğallı
Əhməd İmamquliyev
Əli Bədirov
Aqil Mustafayev