12 iyl 14:03Sosial

AKP Gəncə hadisələri ilə bağlı bəyanat verib

AKP Gəncə hadisələri ilə bağlı bəyanat veribAzərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi 10.07.2018-ci ildə Gəncə şəhərində yüksək çinli polis zabitlərinə qarşı törədilmiş terror aktı ilə əlaqədar bəyanat qəbul edib.

B Ə Y A N A T

Azərbaycan Kommunist Partiyası 10 iyul 2018 -ci il tarixində Gəncə şəhərində baş vermiş terror hadisəsindən öz dərin narahatlığını bildirərək insanlıq əleyhinə olan bu aktı kəskin şəkildə pisləyir və bu hadisə zamanı dünyasını dəyişmiş polis zabitlərinin ailə üzvlərinə və yaxın qohumlarına dərin hüznlə başsağlığı verir.

AKP Mərkəzi Komitəsi Gəncədə baş verən olayları , Azərbaycan dövlətçiliyi əlehinə yönəlmiş bir hadisə kimi dəyərləndirir və ideoloji baxışlarından asılı olmayaraq bütün siyasi partiyaları, ictimaiyyət nümayəndələrini, ziyalıları, zəhmət adamlarını milli maraqlar ətrafında birləşməyə çağırır. AKP qeyd edir ki, ölkəmiz üçün yaranmış belə təhlükəli anlarda milli maraqlarlar əlehinə olan hər hansı məsələ heç vaxt müzakirə mövzusuna çevrilməməli, və buna təhlükə yarandıqda isə hər bir Azərbaycan vətəndaşı öz qəti mövqeyini ortaya qoyaraq , milli birlik nümayiş etdirməlidir.

Azərbaycanda, terrora və terror çağırışlarına qarşı sərt addımlar atılmalı, zinayətkarlar aşkar olunaraq ziddi zəcalandırılmalıdırlar. Azərbaycan xalqı heç bir vəcdlə ona düşmən qüvvələrin Respublikamızda yaratmaq istədikləri özbaşınalığa, vətəndaş tabesizliyinə, xaosa yol verməməlidir. Sosial şəbəkələrdə, KİV - də dövlətçilik ələhinə çağrışlar yolverilməzdir və bunun qarşısı tam ciddiyyəti ilə alınmalıdır.

XXI əsrin əsas probleminə çevrilmiş terror bütün bəşəriyyət əleyhinə yönəldilmiş bir aksiyadır. Azərbaycan dövləti bu cür xoşagəlməz hadisələrlə dəfələrlə qarşılaşmış və həyatın bu ağır sınağından milli birlik nümayiş edərək alnı açıq çıxmışdır. Bu dəfə də belə olacaqdır. Heç bir xarici qüvvə Azərbaycan xalqının iradəsini qırıb, onun milli birliyini poza bilməz.

Terrorizmə qarşı mübarizə təkcə bir dövlətin yox, bütün tərəqqipərvər bəşəriyyətin birgə mübarizəsi olmalıdır. Azərbaycan kommunistləri bütün dünya dövlətlərini terrorizmlə birgə mübarizə aparmağa çağırır.

Rauf Qurbanov
AKP MK-nın sədri,
KPİ - Sov.İKP MŞ -nın üzvü.

loading...
XƏBƏR LENTİ
18-07-2018, 10:57