12 iyl 13:50Sosial

İran mediası və din xadimləri susur... - Politoloq

İran mediası və din xadimləri susur... - PolitoloqVasif Əfəndi
politoloq

Mingəçievir və Gəncə hadisələrinin təxribat olduğuna əminəm. Azərbaycanın enerji sistemini kiber hücumla çökdürmək istəyən qüvvələr ardından Gəncə hadisələrini törətdilər. Bu hadisəni törədən qüvvələrin çox yaxın məsafədə olması şübhəsizdir. Xüsusən Gəncə hadisələrini planlaşdıranlar Azərbaycanın milli xüsusiyətlərini və problemlərini çox yaxşı bilirlər. Bu hadisələri Azərbaycana dostluq münasibətləri olan və sıx hərbi əməkdaşlıq etdiyi ölkələrdən birinin üzərinə yazmağa çalışanlar da az deyil. Hadisələrin səbəbkarlarının izini azdırmağa çalışanlar müxtəlif versiyalar irəli sürülər. Bəziləri bu terror aksiyalarını qərbin təşkil etdiyini və açıq şəkildə İranın üzərinə atdığını da iddia edirlər. Bütün baş verənlərdən sonra İranın bu məsələ ilə bağlı hər hansı bir açıqlama verəcəyini gözləsəm də bu baş vermədi. Çox maraqlıdır ki, Azərbaycanda Qum şəhərində dini təhsil almış hansısa bir "höccətülislam" üçün palaz-palaz yazılar və bəyanatlar verən İran mediası və din xadimləri susur.
loading...
XƏBƏR LENTİ
18-07-2018, 10:57