11 iyl 16:27Sosial

İki polisi şəhid edənlərin şokedici - Dosyesi

İki polisi şəhid edənlərin şokedici - Dosyesi10 iyulda Gəncə şəhərində ictimai asayişi pozmağa cəhd göstərərərək iki polis əməkdaşını küt və kəsici-deşici alətlərlə vuraraq şəhid edənlər hazırda axtarışda olan radikal dindarlar və cinayətkarlardır.

İki polis zabitini şəhid edən cinayəti törətməkdə şübhəli bilinən Rəşad Məmmədəli oğlu Böyükişiyev və Fərrux Xəqani oğlu Qasımov haqqında bəzi tükürpədici detallar məlum olub.

Belə ki, 12 yanvar 1988-ci ildə Gəncə şəhərində anadan olan Rəşad Böyükkişiyev ilk dəfə 19 yaşında qətl törədib. O, 02.10.2007-ci ildə anasını qətlə yetirməkdə təqsirli bilinərək Cinatyət Məcəlləsinin 120.1 (Qəsdənadam öldürmə) maddəsi ilə 7 il müddətinə həbs edilib.

Həbsdən azad olduqdan sonra Rusiya Federasiyasına gedib. 9 aydan sonra da Rusiyada soyğunçuluq törədərək 14.07.2015-ci il tarixdə Rusiya Federasiyası CM-nin 161.2 maddəsi ilə (soyğunçuluq) 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Gəncədə polis zabitini qətlə yetirən digər şəxs - Fərrux Xəqani oğlu Qasımov kimi, o da şiə məzhəbli radikal dindardır. Müəmadi olaraq İran İslam Respublikasına səfərlər edib.

Fərrux Qasımovun qardaşı Qasımov Ramin Xaqani oğlunun da cinayətkar olduğu məlum olub. O, 2016-cı ilin sentyanbr ayında Cinayət Məcəlləsinin 126.2.4 maddəsi ilə (xuliqanlıq niyyəti ilə ümumi təhlükəli üsulla qəsdən sağlamlığa ağır zərər vurma) 7 il müddətinə azadlıqdan məhrum edilib və hazırda həbsdədir.

Gəncə hadisələrindən sonra internetdə polis əməkdaşlarını öldürməyə səsləyən təxribatçı qeydlər yayılmağa başlayıb. Belə məlumatlardan birinin müəllifi Mahir Bayalıyevdir və o yazır:

“Qardaşlar, polis əməkdaşlarını öldürməyin vaxtı çatıb. Silahlı dəstələr yarada bilsək, qələbə bizimdir. Birləşmək və polislərin dərsini vermək lazımdır”.

Bu məlumatın dərcinin ertəsi günü Mahir Bayalıyev Ağsuda mənzil kirayələyən keçmiş arvadını bıçaqlayıb.

Başqa sözlə, Gəncədəki iğtişaşların bütün iştirakçıları kriminal elementlər olub və dini fanatizm pərdəsi altında gizlənirlər.
loading...
XƏBƏR LENTİ
18-07-2018, 10:57