11 iyl 12:04Sosial

ALDP Gəncədə baş verən hadisə ilə bağlı bəyanat yayıb

ALDP Gəncədə baş verən hadisə ilə bağlı bəyanat yayıb Azərbaycan Liberal Demokrat Partiyasının Gəncə şəhərində baş verən hadisələrə dair bəyanatı
B Ə Y A N A T

Azərbyacan Liberal Demokrat Partiyası (ALDP) olaraq Gəncə şəhərində baş verən hadisələri qətiyyətlə pisləyirik.
ALDP olaraq zorakılığın hansı tərəfdən həyata keçirilməsinin fərgini görməyərək pisləyirik və bunu təxribat kimi qiymətləndiririk. Təxribatçılar inanc olanların sıralarına daxil olub Müqəddəs İslam dinindən istifadə edib öz çirkin əməllərini həyata keçiriblər. Bununla da ölkəni xaosa sürükləmək istəyirlər.
ALDP olaraq inanclı qardaş və bacılara müraciət edirik ki, bu kimi təxribatlara qetməsinlər. İmkan verməyin ki, bir qrup radikal Müqəddəs İslam dinini ləkələsin. Biz onların qarşısını alıb ifşa etməliyik.
ALDP olaraq Azərbaycan vətəndaşlarına müraciət edirik ki, biz Azərbaycan qanunları çərçivəsində demokratiyanın bərqərar olunmasının tərəfindəyik. Demokratik cəmiyyətin qurulması xaos, qarşıdurma, qan tökülməsi ilə yox, Qanunun aliliyilə olur.
loading...
XƏBƏR LENTİ
18-07-2018, 10:57