04 iyl 13:31Sosial

Elmar Vəliyevə qarşı növbəti təxribat - Foto

Elmar Vəliyevə qarşı növbəti təxribat - FotoGəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin Vikipediyadakı məlumat bazasına müdaxilə edilib.

Axar.az xəbər verir ki, icra başçısının bioqrafik məlumatlarının toplandığı açıq virtual ensiklopediyada E.Vəliyevin dünyasını dəyişdiyi yazılıb.

Təəssüf ki, indiki həssas məqamda E.Vəliyevlə bağlı onlayn sorğuların daha çox veriləcəyini Gəncə şəhər İcra hakimiyyətinin informasiya təminatı şöbəsi nəzərə almayıb və icra başçısının vikipedik məlumatlarının səhihliyi nəzarətdə saxlanılmır.

Xatirladaq ki, dünən axşam Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və mühafizəçisi 1983-cü il təvəllüdlü Yunis Səfərov tərəfindən silahlı hücuma məruz qalıb. Hazırda hər iki şəxsin vəziyyəti yaxşıdır. Hücumu həyata keçirən, axtarışda olan Yunis Səfərov isə artıq həbs edilib.
Elmar Vəliyevə qarşı növbəti təxribat - Foto
loading...
XƏBƏR LENTİ
17-07-2018, 13:10