22 iyn 15:29Sosial

Nazir Səlim Müslümovun 3 qohumunu işdən çıxartdı

Nazir Səlim Müslümovun 3 qohumunu işdən çıxartdıƏmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev sələfi Səlim Müslümovun uzun illərdir nazirlikdə işləyən bir neçə qohumunu işdən çıxarıb.

Bu barədə Mia.az-a nazirlikdən məlumat verilib.

Məlumata görə, S.Babayevin əmri ilə nazirin müşaviri Yalçın Müslümov, DSMF-nin Nəsimi şöbəsinin müdiri Əsgər Əsgərov artıq vəzifələrindən azad olunublar:

"Nazirin digər əmri ilə Dövlət Əmək Müfəttişliyinin rəisi Fuad Əlizadə də bu gün vəzifəsindən çıxarılıb. Onun yerinə isə Elman Cəfərov gətirilib".

Qeyd edək ki, Yalçın Müslümov Səlim Müslümovun əmisi oğlu, Əsgər Əsgərov bacısının həyat yoldaşı, Fuad Əlizadə isə dayısının kürəkənidir.
loading...
XƏBƏR LENTİ
14-07-2018, 11:46
14-07-2018, 11:32