22 iyn 08:47Sosial

Şura gənclərin insan alveri haqqında maariflənməsini dəstəkləyir

Şura gənclərin insan alveri haqqında maariflənməsini dəstəkləyir“Sivilizasiya” Monitorinq və Araşdırmalar İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “İnsan alveri haqqında məlumatlılığın artırılması və bu prosesin qurbanlarına hüquqi yardımın göstərilməsi” layihəsinin icrasına start verib.

Layihənin əsas ideyası Azərbaycanda əhali arasında insan alveri haqqında maarifləndirməni artırmaq, insan alverinə qarşı mübarizə haqqında qanunvericilik sahəsində əhaliyə informasiya verilməsi və insan alveri qurbanlarına hüquqi yardım göstərilməsi, potensial qurbanlara məsləhətlər verilməsi yolu ilə gələcəkdə insan alveri hallarının qarşısını almaqdan ibarətdir.

Dünya miqyasında trаnsmilli mütəşəkkil cinаyətkаrlığın və qаnunsuz miqrаsiyаnın qlоbаl хаrаktеr аlmаsı, ucuz işçi qüvvəsinin külli miqdаrdа gəlir gətirməsi, gеndеr bərаbərliyinin pоzulmаsı, məişət zоrаkılığı və digər bu kimi hallar nəticəsində hər il bütövlükdə 20 milyondan artıq şəxs insan alverinin qurbanınа çеvrilir ki, bu da layihənin böyük aktuallıq kəsb etdiyini sübut edir.

Layihə çərçivəsində görüləcək işlər təsdiq edilmiş fəaliyyət planına uyğun olaraq həyata keçiriləcək, aidiyyəti qurumlarla əlaqələr qurulacaq, əhali arasında marifləndirici tədbirlər təşkil ediləcək.

Layihənin gedişatı haqqında mütəmadi olaraq mətbuat vasitəsilə ictimaiyyətə məlumat veriləcək.
loading...
XƏBƏR LENTİ
14-07-2018, 11:46
14-07-2018, 11:32