20 iyn 17:23Sosial

16 yaşlı qızın şok videosu: TV-lər nəyi təbliğ edir?

16 yaşlı qızın şok videosu: TV-lər nəyi təbliğ edir?Bu görüntülərin yayımlanması əslində intiharın təbliğ edilməsidir.

Bu sözləri Axar.az-a açıqlamasında Biləsuvar rayonunda 16 yaşlı qızın intihar səbəbi ilə bağlı özünü öldürməzdən öncə çəkdiyi videogörüntülərin televiziya və saytlarda yayımlanmasına münasibət bildirən psixoloq Gülnar Orucova deyib. Psixoloq bildirib ki, bu cür görüntülərin yayımlanması psixoloji baxımdan yeniyetmələrə mənfi təsir edir:

“Yeniyetmələrin hərəsi bir cür fərqlənmək istəyir. Kimi görünüşü, kimi savadı, kimi də ölümü ilə ajoitaj yaratmaq arzusundadır. Bu baxımdan bu cür videoların sosial şəbəkələrdə və KİV-də yayılması yeniyetmələrə mənfi təsir edir. Bu gün intiharların artmasında bu cür videoların sosial şəbəkələrdə yayılmasının, həmçinin bəzi filmlərin, serialların rolu böyükdür”.

Məişət zorakılığı, ailədaxili münaqişələr, hansısa dini sektalara qatılmaq və ilk sevginin uğursuzluğu səbəbindən baş verən intihar hallarının son vaxtlar artdığını bildirən G.Orucova qeyd edib ki, daha çox 14-16 yaş arasında rast gəlinən bu hallara qarşı psixoloji təbliğat aparılmalıdır.

Milli Televiziya və Radio Şurasının (MTRŞ) Ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov isə qeyd edib ki, sözügedən videonun yayılmasına informasiya kimi baxırlar:

“MTRŞ-nin yetkinlik yaşına çatmayan uşaqların mənəvi inkişafı ilə bağlı xüsusi qayadaları var. Qaydalara görə, cinayət xarakteri daşıyan materiallar saat 23:00-dan sonra yayımlanmalıdır. Yeniyetmə qızın intihardan öncəki videosunun yayılması problem deyil və hər hansı qayda pozuntusu yoxdur. Əgər həmin qız videoda özünü assaydı, öldürsəydi, bu, problem yarada bilərdi. İntihar səhnəsinin açıq formada yayımlanması qanun pozuntusu hesab olunur. Amma bütün hallarda biz tövsiyə edirik ki, bu cür xəbərlər saat 23:00-dan sonra efirə verilsin”.

Qeyd edək ki, mayın 27-də Biləsuvar rayonunda 16 yaşlı Məmmədova Səkinə Nəsimi qızı özünü tövlədə asaraq intihar edib. O intihardan əvvəl video çəkərək nişanlısına göndərib.

***

Mətbuat Şurasının sədr müavini, Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) sədri Müşfiq Ələsgərli Axar.az-a açıqlamasında bildirib ki, jurnalistikanın prinsiplərinə görə, intiharla bağlı videoların yayılması etik qaydalara ziddir:

“16 yaşlı yeniyetmənin intihardan öncə çəkilmiş videosunun kütləvi informasiya vasitələrində, eləcə də sosial şəbəkələrdə yayımlanmasının yeniyetmələrə mənfi təsirləri ola bilər. Azərbaycan jurnalistlərinin peşə-davranış qaydalarının ikinci prinsipində bu məsələ çox aydın şəkildə göstərilib. Həmin prinsipdə qeyd olunur ki, terror, cinayət, intihar və s. məsələlərin detallı şəkildə işıqlandırılması yolverilməzdir.

Çox təəssüf ki, sözügedən videolent yetkinlik yaşına çatmayanları mənfi istiqamətə yönləndirə bilər. Özünü dərk etməyən, həyatın bərkindən-boşundan çıxmayan insanlar həmin romantik, duyğusal videonun təsirinə düşüb, eyni yola baş vura bilərlər. Bu baxımdan, ən azından bizim peşəkar media belə məsələlərdə həssas davranmalıdır”.
loading...
XƏBƏR LENTİ
14-07-2018, 11:46
14-07-2018, 11:32