20 iyn 13:33Sosial

Lerikdə baş verən təcavüz hadisəsində adı hallanan məmur danışdı: “Məni şantaj edirlər”

Lerikdə baş verən təcavüz hadisəsində adı hallanan məmur danışdı: “Məni şantaj edirlər”Dünəndən sosial şəbəkələrdə Lerikdə 7-ci sinif şagirdinin zorlandığı barədə məlumat yayılıb.

“Tolışi Sədo” qəzetinin baş redaktoru Rafiq Cəlilovun sözlərinə görə, “Azərişıq”ın Lənkəran regional idarəsinin sədr müavini Aydın Məmmədovun qardaşı oğlu Elnur Məmmədov Lerikdə məktəbli bir qızı zorlayıb və bunu telefonuna çəkib. R. Cəlilov qızın 4 aylıq hamilə olduğunu qeyd edib.

Məsələylə bağlı “qafqaninfo”ya danışan “Azərişıq”ın Lənkəran regional idarəsinin sədr müavini Aydın Məmmədov bildirib ki, söylənilənlər ona qarşı qurulmuş bir təxribatdır: “Bu xəbəri yayanları məhkəməyə verirəm. Tamam böhtandır. Sübut olunmadığı təqdirdə cinayət işi açdıracam. Bu üsullarla məni şantaj edirlər. Mən Cəlilabad rayon Elektrik Paylayıcı Şəbəkəsinə rəisi idim. Bu kampaniya o zaman da davam edirdi. Mən həmin jurnalisti məhkəməyə verdim, cinayət işi açıldı və 2 il 6 ay da həbs verildi. İndi də bu məsələylə bağlı o qəzeti məhkəməyə verirəm. Qoy gəlsinlər, sübut etsinlər”.
Aydın Məmmədov sözügedən ailə ilə hər hansı bir əlaqələrinin olmadığını qeyd edib. “Qardaşınız oğlunun həmin qızla evlənəcəyi deyilir, doğrudurmu?”sualına isə cavab olaraq bu söhbətlərin yalan olduğunu və mövzunu tirajlayan media orqanlarını məhkəməyə verəcəyini bildirib.
Maraqlıdır ki, azyaşlının atası Rasim Təhməzov isə qohum olduqlarını deyir: “Bizim onlarla qohumluq əlaqəmiz var, o ailəyə qız verib, qız almışıq. Bizim aramızı vurmaq istəyirlər”.
Zorlandığı deyilən 13 yaşlı qız S.-in təhsil aldığı Lerik rayon tam orta internat məktəbinin direktoru Asəf Bədəlov isə deyib ki, hadisə ilə əlaqədar rayon prokurorluğunda araşdırma aparılır: “Bu cinayət işidir, xahiş edirəm onlarla əlaqə saxlayın. Qız daim dərslərinə gəlirdi, son günə qədər də gəlib”.

A.Bədəlov yetkinlik yaşına çatmayan qızın səhhətində hər hansı bir dəyişikliyin olub-olmaması ilə bağlı sualı eşidən kimi telefonu söndürüb. Daha sonra isə zənglərə cavab verməyib.
loading...
XƏBƏR LENTİ
14-07-2018, 11:46
14-07-2018, 11:32