20 iyn 07:29Sosial

Adil Əliyev Avropada yaşayan dostlarını Nürnberqdə gözləyir

Adil Əliyev Avropada yaşayan dostlarını Nürnberqdə gözləyirBu dəvəti millət vəkili Adil Əliyev sosial səhifəsində paylaşıb.

Dostlar, Azərbaycan Alman Dostluq və Mədəniyyət Cəmiyyətinin dəvəti ilə iyunun 23-də Almaniyanın Nürnberq şəhərində Azərbaycan-Türkiyə idmançılarının qardaşlıq konfransında iştirak edəcəm. Konfransda Avropanın müxtəlif şəhərlərindən qonaqlar da iştirak edəcək. Azərbaycan Kikboksinq Federasiyasının rəhbəri olaraq il ərzində türkiyəli idmançılarla - qardaşlarımızla müxtəlif yarışlar düzənləyirik. Başqa ölkələrdə də idman tədbirlərimiz az deyil. Ona görə də Nürnberq konfransına dəvətimi Azərbaycan-Türkiyə idmançılarının qardaşlığına verdiyimiz töhfənin bir parçası hesab edirik.

İl başlayandan Azərbaycandan kənarda müxtəlif konfrans və seminarlarda iştirak etmişəm. Bununla iki məqsəd güdürəm. Birinci məqsədim getdiyim ölkələrdə Azərbaycanın təbliğatını gücləndirmək, uğurlarımızın təbliğatını aparmaq, təhlükəsizlik problemlərimiz, o cümlədən Dağlıq Qarabağ münaqişəsi və işğal altındakı torpaqlarımız haqqında görüşdüyüm insanlara dolğun məlumat çatdırmaq, ikinci məqsədim isə həmin ölkələrdə soydaşlarımızın təşkilatlanmasına və dövlətimizin maraqları naminə birləşməsinə dəstək verməkdən ibarətdir. Ona görə Nürnberqdəki tədbirdə də bir millət vəkili olaraq dövlətimin təbliğatı naminə əlimdən gələni etməyə çalışacam.
loading...
XƏBƏR LENTİ
Dünən, 13:10