19 iyn 14:45Sosial

“KİVDF-nin fəaliyyətini araşdıracağıq” — Elçin Şıxlı

“KİVDF-nin fəaliyyətini araşdıracağıq” — Elçin Şıxlı“Azərbaycanın müstəqil media ictimaiyyətinin bir qrup nümayəndəsi tərəfindən yaradılan “Media klub” fəaliyyətini bundan sonra da davam etdirəcək. Mətbuat Şurasından bizə qarşı səsləndirilən hər hansı fikirlərə məhəl qoymaq niyyətində deyilik”.

Bu fikirləri “Ölkə.Az”a açıqlamasında “Ayna” və “Zerkalo” qəzetlərinin təsisçisi və baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı bildirib.

Mətbuat Şurasının İdarə Heyətinin bəzi üzvləri tərəfindən “Media klub” yaradıcılarına qarşı tənqidlərin olduğunu vurğulayan E.Şıxlı bu cür fikirlərə cavab vermək niyyətində olmadığını söyləyib:
“Bilmirəm ki, onlar nə üçün “Media klub”un fəaliyyətindən narahatdırlar. Əgər onlar bu klubun fəaliyyətindən qorxurlarsa, bu qorxunun mənbəyini özləri yaxşı bilirlər. Mən bu barədə məlumatsızam. Sadəcə olaraq mən öz işimi görürəm. Biz klub olaraq mediada araşdırmalar aparırıq, obyektiv qiymət veririk. İndiyədək bir neçə mövzuda araşdırmalar aparılıb. Bunun davamı da olacaq. Yəni, biz öz işimizi görürük. Kim nə yazırsa, yazsın!”.
E.Şıxlı deyib ki, yaxın vaxtlarda “Media klub” Azərbaycan Prezidenti yanında Kütləvi informasiya vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) fəaliyyəti ilə araşdırma aparacaq və müvafiq təkliflər veriləcək:

“Yəni, bizim təkliflərimiz tövsiyə xarakteri daşıyır. Biz araşdırma aparıb müvafiq tövsiyələr veririk ki, belə olsa daha yaxşı olardı. Əsas məsələ ondan ibarətdir ki, hər hansı media sahəsini araşdırıb, onun yaxşı olması üçün müvafiq təkliflər verək. İndi bizim bu işlərimizdən kim nə təşvişə düşübsə, özləri bilər”.
loading...
XƏBƏR LENTİ
Dünən, 13:10