17 iyn 10:33Sosial

İslam dininin yenilənməyə ehtiyacı var - Politoloq

İslam dininin yenilənməyə ehtiyacı var - Politoloqİslam dininin yenilənməyə ehtiyacı var. Bu işləri görmək üçün bir neçə mərhələni keçməliyik. İlk növbədə Nadir şah Əfşarın və Fransa kralı Henri Navarskinin üsullarından istifadə etmək doğru olardı.

Bu təkliflə Vəhdət Partiyası sədrinin müavini Vasif Əfəndi çıxış edib.

Partiya rəsmisi xatırladıb ki, Azərbaycan hökmdarı Nadir şah məzhəbçiliyi ləğv edərək bir “Quran”a istinad edən dövlət yaradıb: “Fransa kralı Navarski isə katoliklərlə protestantları barşıdırmağa nail olmuşdu. Hər iki lider məhz bu səbəbdən də cahillər tərəfindən öldürüldü. Lakin indi vəziyyət dəyişib. Əvvələr bu kimi təkliflə şıxış edənləri ciddi top atəşinə tutardılar. İndi isə bu məsələdə həmfikirlərin sayı kifayət qədər çoxdur və mən deyərdim ki, cəmiyyətdə çoxluq təşkil edirlər.

Məsələn, xristianlar “İncil”i mənəvi dəyər olaraq qəbul edib, yalnız evlilik ayinləri zamanı kilsəni ziyarət edirlər. Çox az hallarda yaşlı avropalılar dini rituallara maraq göstərirlər. Bizdə də, rəsmi olaraq məzhəbçilik qadağan olunmalıdır. İmam və axund statusu ləğv edilərək dini ayinlərin indiyə qdər olan formada təbliğini dayandırmaq və yas mərasimlərinin keçirilməsini kənd və qəsəbə mollalarının üzərinə buraxmaq lazımdır. Ölkədə kifayət qədər tərcümə edilmiş “Quran” kitabı var. Oxumaq istəyən özü üçün bunu etməlidir”.

Vasif Əfəndi qeyd edib ki, növbəti addımda isə “Quran”ın mütərəqqi ayələrindən tərtib olunmuş köməkçi kiçik “Quran” buraxılmalıdır: “Bu "Quran"da yalnız barışığa və inkişafa doğru səsləyən ayələr yer almalıdır. Şiddət və cəhaləti təbliğ edən ayələr bu kitaba salınmamamlıdır. Zamanı gəldikdə isə “Quran” kitabının bütünlüklə yenilənmiş variantını tətbiq etmək olar”.
loading...
XƏBƏR LENTİ
14-07-2018, 11:46
14-07-2018, 11:32