16 iyn 14:34Sosial

Sumqayıtda 51 yaşlı kişi dənizdə batıb

Sumqayıtda 51 yaşlı kişi dənizdə batıbSumqayıtda ortayaşlı kişi dənizdə batıb.

Avrasiya.net bildirir ki, bu barədə FHN-in saytı məlumat yayıb.

Bildirilir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə 1967-ci il təvəllüdlü Niyazov Vidadi Əlibala oğlunun Sumqayıt şəhərində dənizdə batması barədə məlumat daxil olub.

FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.
loading...
XƏBƏR LENTİ
17-07-2018, 13:10