15 iyn 20:50Sosial

“Vətənin xilası, dövlətçiliyin qurtuluşu” mövzusunda dəyirmi masa keçirilib

“Vətənin xilası, dövlətçiliyin qurtuluşu” mövzusunda dəyirmi masa keçirilib
15 iyun 2018-ci il tarixində Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı “Neft Daşları NQÇİ” ərazi ilk partiya təşkilatında 15 İyun Milli Qurtuluş Gününə həsr olunmuş “Vətənin xilası, dövlətçiliyin qurtuluşu” mövzusunda dəyirmi masa keçirilmişdir.

Tədbir iştirakçıları ilk öncə ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzərək ulu öndərin əziz xatirəsinə ehtiramlarını ifadə ediblər.
YAP Pirallahı rayon təşkilatının sədr müavini, "Neft Daşları NQÇİ"nin rəisi və ərazi ilk partiya təşkilatının sədri Qoçalı Mahmudov tədbiri giriş sözü ilə açaraq bildirib ki, müstəqilliyimizin ilk illəri Azərbaycan xalqı üçün çox ağır keçib. Tale elə gətirib ki, 1991-1993-cü illər müstəqilliyimizin ilk illərinə təsadüf etsə də, ölkəmizin müasir tarixində hərc-mərclik, özbaşınalıq, anarxiya dövrü kimi xatırlanır. Həmin dövrdə yalnız bir çıxış yolu var idi. Bu çıxış yolu görkəmli siyasi və dövlət xadimi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Yeni Azərbaycan Partiyasının sədri Heydər Əliyevin Bakıya dəvət olunmasından ibarət idi. Azərbaycan dövlətçiliyinin gələcəyindən narahat olan xalqın ziyalıları ulu öndər Heydər Əliyevə müraciət ünvanladılar. Xalq Heydər Əliyevin hakimiyyətə qayıdışını təkidlə tələb edirdi. Bu müraciətləri nəzərə alan dahi rəhbər 1993-cü il iyunun 9-da Bakıya qayıtdı. Bu qayıdış xalqın istəyi, tarixi zərurət idi. Bu qayıdış insanların qəlbinə bir inam və rahatlıq toxumu səpdi, ölkənin təhlükələrdən xilas olacağına inamı artırdı. 15 iyun - Milli Qurtuluş Günü xalqımızın taleyində dönüş anı məhz 25 il bundan öncə, tarixin bü günü xalqımızın ümummilli lideri Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə müstəqil dövlətçiliyimiz parçalanmaq və məhv olmaq təhlükəsindən, iqtisadi tənəzzüldən, beynəlxalq təcriddən xilas edilmişdir. Natiq bildirdi ki, bu tarixi gün müasir Azərbaycanın müstəqilliyinin təntənəsi, hüquqi dövlət quruculuğunun başlanğıcıdır. Bu gün həmin siyasət Prezident İlham Əliyev tərəfindən inam və qətiyyətlə davam etdirilir.
“Vətənin xilası, dövlətçiliyin qurtuluşu” mövzusunda dəyirmi masa keçirilib
Sonra tədbirdə "Neft Daşları NQÇİ" ərazi ilk partiya təşkilatının sədr müavini Əhməd Musayev, YAP Pirallahı rayon təşkilatı İdarə Heyətinin üzvü Rauf Məmmədov çıxış edərək bildirdilər ki, tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş 1993-cü ilin 15 iyun günü onu qiymətləndirənlər, dərindən dərk edənlər üçün çox əzizdir. Vətənini, xalqını sevən həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar üçün 15 iyun əsl qurtuluş tarixi, Azərbaycanda ölüm-dirim mübarizəsinin tarixidir. Bu tarixi yaradan isə yenə də Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqa arxa ola bilən insan ulu öndər Heydər Əliyev oldu. Heydər Əliyevin xalqımızın və tariximizin qarşısında ən böyük xidmətləri kəskin geosiyasi ziddiyyətlərin mövcud olduğu bir şəraitdə Azərbaycan dövlətçiliyini xilas etməsində, Azərbaycan varlığını parçalanıb yox olmaq təhlükəsindən qurtardı.
“Vətənin xilası, dövlətçiliyin qurtuluşu” mövzusunda dəyirmi masa keçirilib
Tədbirin sonunda 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş film nümayiş olunub.




loading...
XƏBƏR LENTİ