13 iyn 14:51Sosial

Xoşqədəm Hidayətqızı tanınmış şairəni intihara sürükləyir?

Xoşqədəm Hidayətqızı tanınmış şairəni intihara sürükləyir?Bu gün şairə Nazilə Səfərovanın intihar anonsunu özündə əks etdirən video yayıldı.

Minval.info xəbər verir ki, şairə aparıcı Xoşqədəm Hidayətqızının “Səni axtarıram” verilişində dediyi sözlərə qəzəblənərək ona xəbərdarlığını çatdırıb. Nazirlə Səfərova aparıcının həftələrdir onu hədəfə aldığı səbəbindən intihar edəcəyini söyləyib. O, özünə qəsd edəcəyi təqdirdə məsuliyyətin Xoşqədəmin boynunda olduğunu qeyd edib.

Minval.info məsələnin nə yerdə olduğu ilə bağlı şairə ilə əlaqə saxlayıb. O, bizimlə danışmaqda çətinlik çəkdiyindən açıqlama verə bilməyib. Bundan əlavə, Nazilə Səfərova xəstəxanalardan birində həkim qəbulunda olduğunu deyib.

Xatırladaq ki, X.Hidayətqızı “Səni axtarıram” verilişində iştirak edən Pərvanə adlı qadın haqqında danışarkən daha çox onun keçmiş baldızının adını hallandırır.
loading...
XƏBƏR LENTİ
Bu gün, 15:30