13 iyn 14:20Sosial

AVMA Qax məktəblərinin diqqət mərkəzində

AVMA Qax məktəblərinin diqqət mərkəzində"Azərbaycan Valideyn-Müəllim Assosiasiyası" İB tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə "Bakıda və regionlarda Valideyn Forumunun və valideyn-uşaq yay istirahət turlarının təşkili layihəsi" çərçivəsində Qax rayonunda növbəti Valideyn Forumu keçirildi. Forumda Qax rayonunun müxtəlif məktəblərindən valideynlər, məktəb iştirakçıları, rayon Təhsil Şöbəsinin nümayəndələri istirak ediblər. Maraqlı keçən forum çərçivəsində valideynlər təhsilin aktual problemləri və təhsilin inkişafı ilə bağlı muxtəlif cəlbedici və diqqətə layiq təkliflərlə çıxış ediblər.

Qeyd edək ki, İB-nin növbəti Forumu Bakıda keçiriləcək.
AVMA Qax məktəblərinin diqqət mərkəzində
loading...
XƏBƏR LENTİ
Bu gün, 15:30