11 iyn 23:24Sosial

Bağça müdirəsi polis bölməsinə aparıldı

Bağça müdirəsi polis bölməsinə aparıldıNazirlik: Bağçanın hansı əsaslarla fəaliyyət göstərdiyindən məlumatsızıq.

2015-ci il noyabr ayının 2-dən etibarən bağçalara lisenziyanı İqtisadiyyat Nazirliyi ASAN Xidmət vasitəsi ilə verməyə başlayıb.

Bunu Real-a açıqlamasında İqtisadiyyat Nazirliyinin mətbuat katibi Abbas Əliyev bildirib.

Onun sözlərinə görə, bu müddət ərzində, nazirlik uşaqların Firuzə Tağıyeva adlı müəllim tərəfindən döyüldüyü “Kids Studio Uşaq Mərkəzi” adlı bağçaya lisenziya verməyib.

Abbas Əliyev qeyd edib ki, nazirlik bağçanın hansı əsaslarla fəaliyyət göstərdiyindən məlumatsızdır.

Real-ın əldə etdiyi son məlumata görə, “Kids Studio Uşaq Mərkəzi”nin müdiri Nigar Müseyibov Yasamal Rayon Polis İdarəsinin 26-cı polis bölməsinə aparılıb.

Azxeber.com saytı Bakıda yerləşən özəl bağçalardan birində uşaqların tərbiyəçi tərəfindən zorakılığa məruz qalması ilə bağlı görüntülər yayıb.

Görüntülər müxtəlif tarixlərdə müşahidə kameraları tərəfindən lentə alınıb.
loading...
XƏBƏR LENTİ