19 apr 21:58Sosial

SOCAR-ın yeni vitse-prezidentləri təqdim olundu

SOCAR-ın yeni vitse-prezidentləri təqdim olunduAprelin 19-da SOCAR-ın yeni təyin olunmuş vitse-prezidentlərin təqdim olunma mərasimi keçirilmişdir.

SOCAR-ın saytına istinadən verdiyi məlumata görə, Şirkətin prezidenti Rövnəq Abdullayev çıxış edərək bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 17 mart 2016-cı il tarixində "Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strukturunun təkmilləşdirilməsi haqqında" müvafiq Fərman imzalamışdır. Fərmanla SOCAR-ın idarəetmə strukturunda birinci vitse-prezident; neftin, qazın nəqli və qaz təsərrüfatı məsələləri üzrə; geologiya və geofizika məsələləri üzrə; yataqların işlənməsi üzrə vitse-prezident ştatlarının yaradılmasına qərar verilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 18 aprel 2016-cı il tarixli Sərəncamları ilə yeni yaradılmış birinci vitse-prezident vəzifəsinə akademik Xoşbəxt Yusifzadə, neftin, qazın nəqli və qaz təsərrüfatı məsələləri üzrə vitse-prezident vəzifəsinə Rəhman Qurbanov, geologiya və geofizika məsələləri üzrə vitse-prezident vəzifəsinə Bəhram Hüseynov, yataqların işlənməsi üzrə vitse-prezident vəzifəsinə isə Yaşar Lətifov təyin olunmuşdur.

Rövnəq Abdullayev yeni təyin olunmuş vitse-prezidentlərin əmək fəaliyyətindən danışmış, onların SOCAR-da böyük nüfuza malik yüksək səviyyəli rəhbər kadrlar olduğunu vurğulamışdır. Şirkətin həyata keçirdiyi layihələrə, planlaşdırdığı genişmiqyaslı tədbirlərə toxunan SOCAR prezidenti şirkətin əldə etdiyi nailiyyətlərlə kifayətlənməyəcəyini, daim təkmilləşəcəyini, idarəetmə aparatının müasir tələblərə uyğunlaşdırılacağını söyləmiş, dövlətimizin başçısını əmin etmişdir ki, neftçilər hər zaman olduğu kimi yenə də onlara bəslənən inam və etimadı öz işləri ilə doğruldacaqlar. O, yeni təyin olunmuş birinci vitse-prezident akademik Xoşbəxt Yusifzadəni, vitse-prezidentlər Rəhman Qurbanovu, Bəhram Hüseynovu və Yaşar Lətifovu təbrik edərək, onların qarşısında mühüm vəzifələr dayandığını qeyd etmiş və bu vəzifələrin icrasında onlara müvəffəqiyyətlər arzulamışdır.

Daha sonra SOCAR-ın yeni təyin olunmuş vitse-prezidentləri layiq görüldükləri böyük etimada görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmiş və bu etimadı doğrultmaq üçün əllərindən gələni edəcəklərini söyləmişlər.
loading...
Reklam
XƏBƏR LENTİ