24 may 16:50Sosial

"Rüstəm İbrahimbəyov tarixdə alçaqlığı, xainliyi ilə yadda qalacaq"

"Rüstəm İbrahimbəyov tarixdə alçaqlığı, xainliyi ilə yadda qalacaq""Rüstəm İbrahimbəyov "Qafqaz üçlüyü" filminin senaristi kimi bütün dünya azərbaycanlılarını, türklərini təhqir edib, aşağılayıb. Bu tip məgər bilmir ki, bizim millət kimi mərd, qeyrətli, rəhmli, qonaqpərvər millət yoxdur? Bu şərəfsiz məgər bilmir ki, biz tarixən öz kişiliyimizi, ərliyimizi, adət-ənənələrimizi qoruyub saxlamışıq? İnanmıram ki, bilməsin. Amma bəs belə bir filmi çəkməklə xalqımızı aşağılamaqda məqsədi nədir?"

Bunu "Olaylar"a açıqlamasında deyən Azərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzinin sədri Cavid Şahverdiyevin sözlərinə görə, bu sualın yalnız bir cavabı var - xainlik, əclaflıq: "Bu tipin günü ancaq başqa ölkələrdə keçdiyindən, ermənipərəst dairələrin təsirinə düşdüyündən millətini, vətənini belə unudub. Azərbaycan, azərbaycanlılar indi ona yaddır. Çünki ağlı, savadı, fikrini ancaq xalqımızı aşağılamağa yönəldib. Milli Şuranın lideri belə olan, gör indi oradakılar hansı xislətlidirlər. O filmdəki fraqmentlərin birində quyuya düşən erməninin azərbaycanlı uşaq tərəfindən başına daşın atılması görüntüləri var. Ay, alçaq, bu hal bizim millətə yaraşandırmı ki, o epizodu ora salmısan. Bu tip tarixdə, çəkdiyi filmlər, yazdığı ssenarilər, hansısa mükafat və titullarla yadda qalmayacaq. Rüstəm İbrahimbəyov bax belə alçaqlığı, xainliyi, ermənilərin puluna satılması ilə yadda qalacaq".
loading...
XƏBƏR LENTİ