23 may 15:52Sosial

Fuad Əliyev Nəsir Ağayevi ziyarət edib - FOTO

Fuad Əliyev Nəsir Ağayevi ziyarət edib - FOTOAzərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubiley tədbirlər çərçivəsində Çağdaş Milli Azadlıq Hərəkatının liderlərindən biri, Bakı və Kəndlər Birliyinin qurucusu və ilk sədri, Azərbaycan Xalq Hərəkatı Partiyasının (AXHP) sədri Nəsir Ağayevlə görüşüb.

ALDP sədri Nəsir Ağayevlə tanış olduğundan fəxr etdiyini bildirib: “Sizinlə 17 bundan əvvəl tanış olduğuma görə gürur duyuram. Siz Azərbaycanda 80-ci illərdə Xalq Hərəkatının aparıcı simalardan birisiz. Siz Azərbaycanın müstəqilliyi, Azərbaycan bayrağın yenidən dalğalanması və azadlığı üçün heç nəyi fikirləşmədən mübarizəyə qatılmışdız. Siz və Sizin kimi mübariz insanlar bizə Müstəqilliyi və Cümhuriyyətin 100 illiyini qeyd etməyə nəsib etdiniz. Biz bilirik ki, Azərbaycanın azadlığı və müstəqilliyinin qorynması uğrunda apardığınız mübarizə heç də asan olmayıb. Müxtəlif təqib və təzyiqlərlə, hətta ölümlə hədələnmisiz. Amma mübarizənizdən geri dönməmisiz. Sizin kimi mübarizlər gənc nəslə nümunə, örnək olmalıdır. Sizin qarşısında biz baş əyirik”.

Nəsir Ağayev xoş sözlərə görə Fuad Əliyevə öz minətdarlığını bildirib və onu yada salıb ziyarət etdiyinə görə ALDP rəhbərinə minnətdarlığını bildirib və kitab hədiyyə edib.
loading...
XƏBƏR LENTİ