23 may 15:44Sosial

Qusarda Xalq Cümhuriyyətinin 100 illiyi gənclərin iştirakı ilə qeyd olunub

Qusarda Xalq Cümhuriyyətinin 100 illiyi gənclərin iştirakı ilə qeyd olunubQusar rayonunda Heydər Əliyev Mərkəzində “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin təşkilatçılığı, Qusar rayon Təhsil Şöbəsi və Qusar rayon Gənclər və İdman İdarəsinin dəstəyi ilə yeniyetmə və gənclərin iştirakı ilə Azərbaycan Xalq Cümhuriyyətinin və Milli Ordunun 100 illik yubileyi ilə əlaqədar olaraq hərb tariximizin və qəhrəmanlarımızın təbliği məqsədlə Nə? Harada? Nə zaman? intellektual oyunu üzrə turnir keçirilb.

Açılış məqasimində çıxış edən layihənin rəhbəri Ramin Mahmudov tədbirin keçirilməsinin məqsədindən danışaraq bildirib ki, Azərbaycanın hərb tarixinin, onun zəngin təcrübəsinin, qəhrəmanlarımızın, ordu xadimlərimizin tanıdılması, eyni zamanda da Xalq Cümhuriyyətimizin və Milli Ordumuzun yaranmasının 100 illiyinin gənclər arasında təbliğ edilməsi layihənin əsas məqsədidir.

Layihə eyni zamanda “Azərbaycan Gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının gənclərin vətənpərvərlik və vətəndaşlıq tərbiyəsinin yüksəldilməsi bəndinin icrasının da həyata keçirilməsinə dəstək vermək məqsədi daşıyır.
Qusarda Xalq Cümhuriyyətinin 100 illiyi gənclərin iştirakı ilə qeyd olunub
Rəsmi hissədə çıxış edənlər Qusar rayon Təhsil Şöbəsinin əməkdaşı Əmrulla Eldarov, Qusar rayon Gənclər və İdman İdarəsinin əməkdaşı Sevil Dəmirova layihənin keçirilməsinin əhəmiyyətini qeyd etmiş, yeniyetmə və gənclərin intellektual oyunlar vasitəsilə həm də yeni biliklər aldıqlarını bildirmişlər.

Rəsmi hissədən sonra turnirə start verilmişdir.

“Şarvilli” komandası 14 xalla turnirin qalibi adını qazanmışdır. “1918” komandası 13 xalla ikinci, “İstiqlal” biliciləri 10 xalla üçüncü yeri tutumuşlar. İlk 3 yeri tutan komandalar Quba şəhərində keçiriləcək zona finalında iştirak etmək hüququ qazanmışlar.
Yekunda qalib və mükafatçılara layihə çərçivəsində kubok, medal, diplom və digər hədiyyələr təqdim edilmişdir.

Qeyd edək ki, tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə vəsaiti ilə “Hərb tariximizin intellektual oyunlar vasitəsilə təbliği” layihəsi əsasında keçirilmişdir.
Qusarda Xalq Cümhuriyyətinin 100 illiyi gənclərin iştirakı ilə qeyd olunub
loading...
XƏBƏR LENTİ