22 may 13:32Sosial

Qarabağ qaziləri yürüşə başladı - ''Rəis getməlidir, bizə elə adam lazım deyil' - VİDEO

Qarabağ qaziləri yürüşə başladı - ''Rəis getməlidir, bizə elə adam lazım deyil' - VİDEOAğdaşda işıq idarəsinin əməkdaşının əməli Qarabağ qazilərini ayağa qaldırıb. Dünyasını dəyişmiş döyüş dostlarının ailəsinin işıqsız qoyulması onları hiddətləndirib.

Rayon sakinlərinin Criminal.az saytına verdiyi məlumata görə, işıq idarəsinin əməkdaşı dünən Qumlaq kəndində mərhum Qarabağ qazisi Fəzail Cəbrayılovun ailəsinin işığını 14 manat borca görə kəsib. Bundan əsəbləşən qazilər etiraz olaraq işıq idarəsinin rəisinin qəbuluna gediblər. Orada rəislə qazilər arasında münaqişə düşüb. Qazi Eyvaz Lətifov rəisi vurub. Bundan sonra rəis polisə zəng edərək E.Lətifovu tutdurub.

E.Lətifovun polis tərəfindən saxlanılması, eyni zamanda işıq idarəsinin rəisinə etiraz olaraq Qarabağ qaziləri etiraz aksiyasına başlayıb. Onlar Heydər Əliyev parkının qarşısından işıq idarəsinə doğru yürüşə başlayıblar. Onlar işıq idarəsinin rəisinin işdən uzaqlaşdırılmasını tələb edirlər: ''Bizim rayona belə rəis lazım deyil, o getməlidir''.

Məsələ ilə bağlı Criminal.az saytı ''Azərişıq''ı məlumatlandırıb. Gün ərzində həmin qurumun mövqeyini təqdim edəcəyik.

loading...
XƏBƏR LENTİ