22 may 12:39Sosial

Əhəd Abiyev haqqında yayılan məlumatla bağlı: Yalandır

Əhəd Abiyev haqqında yayılan məlumatla bağlı: Yalandır Dünən bəzi saytlarda Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abiyevin Binəqədi rayon İcra hakimiyyətinin başçısı təyin ediləcəyi ilə bağlı iddialar səsləndirilib.

Daşkəsən rayon İcra Hakimiyyətindən Avrasiya.net-ə Əhəd Abiyevin adından daxil olan məlumatda yayılanların həqiqətə uyğun olmadığı bildirilib.

Əhəd Abıyev bildirib ki, mənim Bakı şəhərinin Binəqədi rayonuna İcra hakimiyyətinin başçısı təyin olunacağımla bağlı müxtəlif saytlarda və mətbuatda gedən məlumatlar həqiqətə uyğun deyil, yalandır, şayiədən ibarətdir: "Bu şayiələr Daşkəsən rayonunun yaylaq ərazilərinə kənar yerlərdən uzun müddət qeyri-qanuni yolla öz qoyun sürülərini gətirən çobanlara himayədarlıq edən şadlıq sarayları və restoran sahiblərinin şəxsi maraqlarına uyğun uydurmalarıdır.

Belə şayiələrlə onlar yaylaqlarda öz qanunazidd əməllərinə çatmaq istəyirlər. Bu da yolverilməzdir.

Bir daha da mənim barəmdə yeni təyinatla bağlı yazılan xəbərlərin tamamilə yalan olduğunu bildirirəm".
loading...
XƏBƏR LENTİ