21 may 17:25Sosial

Rüşvət almaqda təqsirləndirilən sayt rəhbərinin məhkəməsi

Rüşvət almaqda təqsirləndirilən sayt rəhbərinin məhkəməsiBu gün Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət almaqda təqsirləndirilən amerikapress.com saytının rəhbəri Rauf Sultanovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

“Ölkə.Az”ın xəbərinə görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. R. Sultanov səhhəti ilə əlaqədar barəsində seçilən həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsi haqqında vəsatət qaldırıb.

Məhkəmə vəsatəti əsassız olduğu üçün təmin etməyib.

Məhkəmə baxışı mayın 23-ə təyin olunub.

İttihama görə, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları keçirdiyi əməliyyat nəticəsində Rauf Sultanov yaşadığı evdə 187 saylı orta məktəbin direktoru Nailə Məmmədovadan rüşvət alarkən yaxalanıb.

Ona qarşı Cinayət Məcəlləsinin 311.1. (Rüşvət alma, yəni vəzifəli şəxsin xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətə (hərəkətsizliyə) görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq və ya laqeydlik müqabilində özü və yaxud üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair neməti, imtiyazı və ya güzəşti istəməsi və ya alması) maddəsi ilə ittiham irəli sürülüb.

Qeyd edək ki, Rauf Sultanov bundan öncə də dələduzluq maddəsi ilə məhkumluq həyatı yaşayıb.
loading...
XƏBƏR LENTİ