18 may 16:10Sosial

"Qaçqınkom" sədri daha bir məmuru işdən çıxartdı

"Qaçqınkom" sədri daha bir məmuru işdən çıxartdıQaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin ("Qaçqınkom") daha bir şöbə müdiri işdən çıxarılıb.

"Report" xəbər verir ki, bununla bağlı Dövlət Komitəsinin sədri Rövşən Rzayev əmr imzalayıb.

Əmrə əsasən, qurumun Xüsusi işlər və təsərrüfat şöbəsinin müdiri Anar Qüdrətov vəzifədən azad olunub.

Digər əmrlə Ağalar Əliyevhəmin şöbənin müdiri təyin edilib.

Qeyd edək ki, "Qaçqınkom"da bundan əvvəl daha bir neçə şöbə müdiri işdən azad edilib.
loading...
XƏBƏR LENTİ
21-05-2018, 21:24