16 may 17:43Sosial

Partiya sədri Eldəgəzin evində qonaq olub

Partiya sədri Eldəgəzin evində qonaq olubAzərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubiley tədbirlər çərçivəsində Milli Azadlıq Qərargahın (MAQ) rəhbəri Oqtay Eldəgəzin həyat yoldaşı Rəfigə Rəfilinin evində qonaq olub.

Fuad Əliyev onun xatirəsini yad edib və gəlişini təsadüf olmadığını qeyd edib.

Daha sonra ALDP sədri Rəfigə xanıma simvolik olaraq Azərbaycan bayrağını hədiyyə verib. “Oqtay Eldəgəzin rəhbərliy ilə MAQ üzvləri Azərbaycanın müstəqillik üğrunda mübarizə aparıblar. Bu fədakar insanlar 1918-ci ildə F.X.Xoyskinin, Topçıbaşovun və digərlərin Şərgdə ilk dəfə yaratdığı Azərbaycan Demokratik Respublikasının davamçılarıdırlar. Oqtay Eldəgəz bu bayrağın bir daha yüksəlməyi və Azərbaycanın müstəqiliyi uğrunda mübarizə aparıb.” – ALDP sədri qeyd edib.

Rəfigə Rəfibəyli, Oqtay Eldəgəzi və onu yad etdiyinə görə Fuad Əliyevə öz minnətdarlığını bildirib.

Xatırladaq ki, Oqtay Eldəgəz 2002-ci il mayın 16-da vəfat edib.
loading...
XƏBƏR LENTİ