10 may 14:25Sosial

Dövlət gənclər siyasəti ümummilli lider Heydər Əliyevin Azərbaycan gəncliyinə əbədi hədiyyəsidir

Dövlət gənclər siyasəti ümummilli lider Heydər Əliyevin Azərbaycan gəncliyinə əbədi hədiyyəsidirAzərbaycanda digər sahələr kimi, təhsilin inkişafı da məhz ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.

Bu sözləri mayın 10-da ulu öndər Heydər Əliyevin xatirəsini yad etmək üçün Fəxri xiyabana gələn Türkiyənin Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərən FONO qurumunun baş təhsil məsləhətçisi Nəzərbəy Hacıağayev AZƏRTAC-a müsahibəsində söyləyib.

O deyib ki, ümummilli lider Heydər Əliyev həmişə gənclərin elmə, savada yiyələnmələrinə, onların yüksək təhsil almalarına xüsusi diqqət yetirib. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafında ən mükəmməl şəraiti yaradıb. Məhz bu siyasətin nəticəsində bu gün Azərbaycan gəncləri dünyanın ən nüfuzlu universitetlərində təhsil alırlar. Bütün bunlar ulu öndər Heydər Əliyevin Azərbaycan gənclərinə əbədi hədiyyəsidir.
loading...
XƏBƏR LENTİ