01 may 17:21Sosial

Pirallahı məktəbliləri Heydər Əliyev Mərkəzində olublar

Pirallahı məktəbliləri Heydər Əliyev Mərkəzində olublarUlu öndər Heydər Əliyevin anadan olmasının 95 illik yubileyi ilə əlaqədar ölkəmizin hər bir yerində olduğu kimi, YAP Pirallahı rayon təşkilatı da silsilə tədbirlər həyata keçirir. Bu tədbirlərdə YAP Pirallahı rayon təşkilatının fəalları ilə yanaşı, rayon ərazisində fəaliyyət göstərən ümumtəhsil müəssisələrinin şagirdləri də aktiv iştirak edirlər.
Pirallahı məktəbliləri Heydər Əliyev Mərkəzində olublar
“Ümumilli lider Heydər Əliyevin anadan olmasının 95 illik yubileyi " münasibəti ilə Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının tədbirlər planına əsasən, YAP Pirallahı rayon təşkilatının və 186 nömrəli məktəbin birgə təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illik yubileyi ilə əlaqədar Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil edilib. Ekskursiya çərçivəsində iştirakçılara mərkəzin əməkdaşları tərəfindən ətraflı məlumat verilib və onlar Heydər Əliyev Mərkəzini və burada fəaliyyət göstərən Heydər Əliyev Muzeyini ziyarət edib, ümummilli lider Heydər Əliyevin ömür yolunu əks etdirən eksponatlar, siyasi irsini təbliğ edən əyani vəsaitlərlə, Azərbaycan xalçaçılıq məktəbini əks etdirən xalçalardan və milli geyimlərdən ibarət sərgilər ilə tanış olublar.
Pirallahı məktəbliləri Heydər Əliyev Mərkəzində olublar
Heydər Əliyev Mərkəzinə ekskursiyadan xoş təəssüratlarla qayıdan şagirdlər Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının qərargahında və Heydər Əliyev mərkəzində xatirə şəkilləri çəkdiriblər.
Pirallahı məktəbliləri Heydər Əliyev Mərkəzində olublar
Pirallahı məktəbliləri Heydər Əliyev Mərkəzində olublar
loading...
XƏBƏR LENTİ
19-10-2018, 16:36