26 apr 17:02Sosial

“Quska” tutuldu, söyüş kampaniyası dayandı

“Quska” tutuldu, söyüş kampaniyası dayandı“Quska” ləqəbli keçmiş deputat Hüseyn Abdullayevin həbsi ilə Avropadakı şəbəkənin söyüş kampaniyasının dayanmasının eyni vaxta təsadüf etməsi bir sıra şübhələrə yol açıb.

Axar.az xəbər verir ki, İnterpolla axtarılan və Türkiyədə tutularaq Azərbaycana ekstradisiya olunan H.Abdullayevin xaricdəki söyüşcül dəstə ilə əlaqələrinin olduğu, onları maliyyələşdirdiyi bildirilirdi.

Onun həbsindən sonra “virtual söyüşçülərin” passivləşməsi, həmin videoların, çıxışların səngiməsi müşahidə olunur. Hazırda vergi cinayətində ittiham olunan eks-deputatın istintaqı davam edir. Paralel olaraq Avropadakı şəbəkə bir neçə gün öncəki kimi “aktivlik” nümayiş etdirmir.

Azərbaycandan qaçaq düşəndən sonra Almaniyada məskunlaşan H.Abdullayev vəsaitlərinin böyük qismini bu ölkəyə transfer edərək, bizneslə məşğul olmağa başlayıb.

H.Abdullayevi əldə etdiyi mühacir statusu o qədər arxayın edib ki, o hətta tez-tez Türkiyəyə belə gəlib-getməyə, orada doğmaları ilə görüşməyə başlayıb.

Bu arxayınlığın coğrafiyası o qədər genişlənib ki, “Quska” seçkilər ərəfəsində ağzısöyüşlü mühacirləri maliyyələşdirməyə başlayıb. Bu barədə Xəzər TV-nin efirində gedən süjetdə deyilirdi ki, Azərbaycan əleyhinə qarayaxma kampaniyaları aparan bir qrup şəxs - Emin Milli, Orduxan Teymurxan, Tural Sadiqli, Məhəmməd Mirzəli, Rafael Piriyev, Həbib Müntəzir və digərlərini dəstəkləyən əsas qüvvə Quskadır.

H.Abdullayev yuxarıda adları çəkilən şəxsləri bir araya gətirirək, onlara maliyyə vəsaiti ayıracağını vəd edib.

Quska ilkin olaraq Emin Milliyə 50 min, Orduxan Teymurxana isə 22 min avro vəsait ayırıbmış. O, vəsaitin davamlı olacağını söz veribmiş.

Amma Azərbaycan hüquq-mühafizə orqanları bird aha təsdiqlədi ki, dünyanın harada olmasından asılı olmayaraq, heç kəs özünü cəzasızlıqda hiss edə, xalqın heysiyyatı ilə oynaya bilməz. Cinayətin cəzası mütləq olur…
loading...
XƏBƏR LENTİ