26 apr 14:46Sosial

İşçilərin tətil etməsi ilə bağlı yeni cəzalar - Həbs gözləyir

İşçilərin tətil etməsi ilə bağlı yeni cəzalar - Həbs gözləyirAzərbaycanda idarə, müəssisə və təşkilatlarda tətil və digər üsullarla fəaliyyətin dayandırılması ilə bağlı yeni cəzalar müəyyənləşdirilir

Bununla bağlı Azərbaycan prezidenti tərəfindən Milli Məclisə İnzibati Xətalar Məcəlləsinə yeni 517-2.12 maddəsinin əlavə edilməsi təklif olunub.

Layihəyə görə, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, idarə, müəssisə və təşkilatların fəaliyyətinin tətil və ya digər üsullarla dayandırılmasının qadağan edilməsi ilə bağlı tələbin pozulmasına görə fiziki şəxslərə 200 manatdan 350 manatdək cərimə və ya işin halları, pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla 15 günədək müddətdə inzibati həbs tətbiq olunur. Vəzifəli şəxslər 500 manatdan 700 manata qədər cərimə, hüquqi şəxslər isə 3 000 manatdan 4 500 manata qədər cərimə oluna bilərlər.

Layihə Milli Məclisin mayın 1-də və 4-də keçiriləcək ardıcıl plenar iclaslarında müzakirəyə çıxarılacaq.(APA)
loading...
XƏBƏR LENTİ
Dünən, 15:42
Dünən, 09:47