25 apr 16:46Sosial

Şagirdin zorlandığı iddia edilən məktəbin direktoru danışdı – EKSKLÜZİV

Şagirdin zorlandığı iddia edilən məktəbin direktoru danışdı – EKSKLÜZİV“Yayılan məlumat tamamilə yanlışdır”

Xəbər verdiyimiz kimi, iddialara görə, Xətai rayonunda yerləşən 263 nömrəli orta məktəbdə zorlama hadisəsi baş verib. Həmin orta məktəbin valideynləri bildiriblər ki, azyaşlını 10-cu sinif şagirdinin cinsi təcavüzünə məruz qalıb. Hadisə aprelin 19-da baş verib. Eyni sinifdə oxuduqları iddia olunan iki nəfər 10-cu sinif şagirdi 1-ci sinifdə oxuyan oğlan şagirdi ayaq yolunda şalvarını çıxararaq zorlayıb. Hadisə azyaşlının sinifdə yoldaşlarına danışarkən ortaya çıxıb. Bununla bağlı valideynlərin məktəb önündə aksiya keçirdiyi iddia olunurdu.

Minval.İnfo-ya məsələ ilə bağlı açıqlama verən 263 nömrəli tam orta məktəbin direktoru Nurqələm Bayramova deyib ki, yayılan məlumat tamamilə yanlışdır:

“Uşağını məktəbə gətirən və ya məktəbdən uşaq götürən valideynlər bu yanlış məlumatı eşidib maraqlanıblar. Məktəb rəhbərliyi də onlara məlumatın doğru olmadığını bildirib. Məktəb qarşısında heç bir aksiya keçirilməyib”
loading...
XƏBƏR LENTİ
19-10-2018, 16:36