20 apr 08:45Sosial

"Vor zakon"lar Rüfət Gəncinskinin ad günün qeyd ediblər - VİDEO

"Vor zakon"lar Rüfət Gəncinskinin ad günün qeyd ediblər - VİDEO"Vor zakon"lar Rövşən Lənkəranskinin ən yaxın adamı sayılan, Rüfət Gəncinski adı ilə tanınan 34 yaşlı Ülfət İsmayıl oğlu Tağıyevin doğum gününü qeyd ediblər.

Qeyd edək ki, Rüfət Gəncinskiyə “qanuni oğru” adını Rövşən Lənkəranski verib. R.Gəncinski 2013-cü ildə həmyerlisi, Lyublinsk bazarının həmtəsisçilərindən birini öldürməkdə və qanunsuz silah ticarəti ilə məşğul olmaqda təqsirli bilinib. O, həmçinin məşhur kriminal avtoritet Ded Xasanın ölümü ilə bağlı cinayət işində də əsas fiqurlardan biri hesab olunur. İttihamın irəli sürülməsinə rəğmən, azərbaycanlı kriminal avtoritet bildirib ki, o, sadəcə killerə nəzarət edib və əməliyyatın detallarını hazırlayıb. Rüfət Gəncinski bu qətlin təşkilatçısı və ya sifarişçisi olmadığını iddia edib.

Xatırladaq ki, Ülfət Tağıyev 2013-cü ilin payızında Moskva şəhərində saxlanılıb. “Rufo” adı ilə tanınan "qanuni oğru" saxta sənədlə Moskvaya gələndə tanınıb və yaxalanıb. R.Gəncinskini dəfələrlə Ded Xasanın qətlinə görə dindiriblər. Lakin o, kriminal avtoritetin qətlində hər hansı rolunun olduğunu inkar edib. “Köhnə Fayton” restoranının yaxınlığında görünməsini isə başqa həmkarları ilə görüşməsi ilə əsaslandırıb. Ded Xasanın yaşadığı evdə aparılan axtarış və onun ailə üzvlərinin dindirilməsi də heç bir nəticə verməyib.
loading...
XƏBƏR LENTİ
Dünən, 15:42
Dünən, 09:47