17 apr 18:33Sosial

Nazirin işarəsi ilə jurnalisti döyən şəxsləri 5 il cəza gözləyir

Nazirin işarəsi ilə jurnalisti döyən şəxsləri 5 il cəza gözləyirXəbər verdiyimiz kimi, aprelin 9-da səhiyyə naziri Oqtay Şirəliyevin işarəsi ilə jurnalist Famil Fərhadoğlunun (İbrahimov) döyülməsi ilə bağlı istintaq işi Yasamal rayon 28-ci polis bölməsindən alınaraq Bakı şəhər Baş Polis İdarəsinə (BŞBPİ) verilib. Artıq jurnalistə qarşı cinayət hadisəsini törədən şəxslərin də kimliyi müəyyənləşib. Onlar Namiq Əliyev və Riad Paşayevdir.

Unikal.org jurnalisti döyən şəxsləri hansı cəzanın gözlədiyini öyrənmək üçün hüquqşunas Loğman Abdullayevə müraciət edib. Hüquqşunas bildirib ki, həmin şəxsləri 5 ilə qədər həbs cəzası gözləyə bilər:

"Jurnalistin işinə mane olan, onun məlumat toplamaq və istehsal etmək üçün istifadə etdiyi əşyanı əlindən alan həmin 2 şəxsi Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə məsuliyyətə cəlb etmək lazımdır. Burada həm döymə var, həm də qəbirsanlıq ictimai yer olduğu üçün orada ictimai qaydalar kobud şəkildə pozulub, vətəndaş üzərinə zor tətbiq edilib, özgənin əmlakını ələ keçirilməsi və zədələnməsi ilə müşaiət olunan qərəzli hərəkətə yol verilib. Hadisəni törədən şəxslər 2 nəfər olduğu üçün, sözügedən olay bir qrup şəxs tərəfindən törədilmiş hesab edilməlidir. Ona görə də həmin şəxsləri 3 ilə qədər islah işləri və ya 5 ilə qədər azadlıqdan məhrumetmə cəza gözləyir. Bundan başqa Azərbaycan Respublikası konsititusiyasının 50-ci maddəsində qeyd edilib ki, hər kəsin istədiyi məlumatı qanuni yolla axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığı vardır. Kütləvi informasiyanın azadlığına təminat verilir. Kütləvi informasiya vasitələrində, o cümlədən mətbuatda dövlət senzurası qadağandır. KİV haqqında qanunla da jurnalistin məlumat toplama hüquq var. Bu qanunların pozulması və jurnalistin işinə mane olmaq yolverilməzdir”.
loading...
XƏBƏR LENTİ