17 apr 12:08Sosial

Yazmadığım xatirələr...

Yazmadığım xatirələr...Əmrah Fəqanoğlu

Ömrə etibar yoxdu, bir də gördün ki, gözün baxır, amma ürəyin daha vurmur. Sən də oldun bu fani dünyada əcəlin aldığı, yerin gizlətdiyi milyardlardan biri... Yazdıqlarım çoxdur, amma yazıb hələ oxucularıma çatdırmaqdıqlarım və yazmağı planladıqlarım daha çoxdur. Hər dəfə rayona gedəndə Qoçu Sabir ləqəbi ilə tanınan həmkəndlimiz, saf ürəkli, sadə insan Sabir əmi məndən xəbər alır ki, de görüm, məndən nə vaxt yazassan? Həyat biqoqrafiyası yoxuş və enişlərlə zəngin olan bu sağlam, pəhləvan cüssəli Sabir əmi barədə yazmaqdansa, onunla səmimi müsahibə hazırlamaq istəyirəm. Sualımı verim, özü istədiyi kimi cavablasın, mən də nöqtəsinə-vergülünə toxunmadan yazıya alım. Sonra özü oxuyanda irad tutmasın ki, bu nə yazıdı mənim barəmdə qələmə almısan? Necə deyərlər, düzü-düz, əyrini-əyri formada, tam obyektiv şəkildə təqdim edim. Allah hər ikimizə ömür versin, Sabir əmi, səni də öz müsahibənlə tarixləşdirib, jurnalistlik borcumdan çıxım. Bir ştrixi də vurğulayım ki, bu insan kənddə xeyirxah şəxs kimi tanınır, bacarıbsa yaxşılıq edib, pislik ona aid əməl olmayıb bu zamana qədər...

İkinci yazacağım isə xatirə olacaq, o da xətrini çox istədiyim, hörmətli Səməd doktor barədə. Təəssüf ki, dünyadan tez köçdü-hardasa iki ilə yaxındır. Vaxtillə SOCAR-da eyni kollektivdə çalışdıq, nə qədər xəstəyə, xüsusən də dializ xəstəsinə təmənnasız yardım etdi, onların müalicəsini təçkil etdi bu humanist, uşaq qəlbli şəxsiyyət. Əminəm ki, məkanı daim behiştdir bu dünyadakı xeyirxah əməllərinə görə. Özümdən asılı deyil, təmənnasız xeyirxahlıq edən insan görəndə baxıb kövrəlirəm, düşünürəm ki, nə yaxşı dünyada hələ belələri var, çətində olanlara dayaq olur, ümid verir, yaşamağa ruhlandırırlar. Dünya məhz bu az sayda olan insanların çiynində dayanır. Məncə, belə insanları qorumaq, onlardan muğayat olmaq, sağlığında qiymətləndirmək, onların əməllərini hər yerdə örnək göstərmək lazımdır. Fyodr Dostoyevski sağ olsaydı, yəqin ki, "dünyanı xeyirxahlıq xilas edəcək" yazardı, amma çox güman ki, gözəllik deyəndə məhz xeyirxahlığı nəzrdə tutub. Çünki xeyirxah qəlbdən gözəli heç yerdı yoxdur və ola da bilməz. Xeyirxah qəlbdə kin-küdurət, tamah, qərəzkarlıq ola bilməz...

Səməd doktor az yaşadı, amma cəmiyyət üçün nümunə sayılan bir ömür yaşadı, onun adı çəkiləndə adamın çöhrəsində kədərdən çox ilahi bir nur yaranır həmişə. Bunu dostum, Səməd həkimlə eyni kollektivin üzvü olmuş Heydər Əsgərov da təsdiqləyə bilər. Hər ikimiz haqqında bəhs etdiyim gözəl insanla nə qədər yol yoldaşı olduq, hər dəfə də onun məhz "seçilmiş"lərdən olması qənaətinə gəlirdik. Ona görə ki, Səməd həkimin ürəyində yalnız xeyirxahlıq və sevgi yurd salmışd: insanlara, təbiətə və ümumiyyətlə, Allahın yaratdığı bütün canlılara... Ömür vəfa edər, daha təfərrüatlı yazaram..
loading...
XƏBƏR LENTİ
Dünən, 09:49