16 apr 15:55Sosial

Deputatın ölümünə səbəb olan dərman... - Vaqif Qarayev

Deputatın ölümünə səbəb olan dərman... - Vaqif QarayevSildenafillər, yəni hamının tanıdığı “Viaqra” təkcə erektil disfunksiyalarda istifadə olunmur. Son vaxtlar kardioloqlar ürək problemlərində yaşlı, xroniki xəstələrə “Viaqra” da təyin edirlər.

Axar.az xəbər verir ki, bu barədə tanınmış həkim Vaqif Qarayev qeyd edib. O bildirib ki, “Viaqra” həmişə öldürmür, müalicə də edir:

“Diabetiklər, epileptiklər, ürək xəstələri və digər xəstələr daim üzərlərində dərman gəzdirirlər. Ciblərində tapdığımız dərmanlar huşunu itirmiş xəstələrə diaqnoz qoymaq üçün çox kömək edir. Otellərdə, istirahət məkanlarında qəfil ölənlər epileptik tutmadan da ölə bilər, ürək çatmazlığından da. Birinin cibindən “Depakin” çıxacaq, o birisinin cibindən “Viaqra”.

Qeyd edək ki, sosial şəbəkələrdə və bəzi KİV-lərdə millət vəkili Astan Şahverdiyevin yüksək dozalı həbdən (Viaqra) istifadə etdiyi üçün dünyasını dəyişdiyi iddia edilib. Qusar Prokurorluğu isə deputatın ürək tutmasından vəfat etdiyini qeyd edərək, yayılan məlumatların həqiqəti əks etdirmədiyini vurğulayıb.
loading...
XƏBƏR LENTİ
Dünən, 09:49