16 apr 12:25Sosial

ALDP Tədbirlər Planı qəbul etdi

ALDP Tədbirlər Planı qəbul etdiAzərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Sədr Aparatının iclasını keçirib. İclasda ictimai-siyasi vəziyyət, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin keçirilməsinə dair Tədbirlər Planının layihəsi müzakirə olunub.
“Əməkdaşlıq etdiyimiz beynəlxalq təşkilatlarda təqdimatlar və layihələr gerçəkləşməli, Azərbaycanın dövlətçilik tarixi təbliğ edilməlidir. Cümhuriyyətin yubileyi ilə bağlı bütün tarixi məqamlar geniş şəkildə xarici ictimaiyyətin nəzərinə çatdırılmalıdır”- Fuad Əliyev qeyd edib.
Müzakirələrdən sonra Tədbirlər Planını qəbul olundu.
Qərara alındı ki, aprelin 28-dən başlayaraq bir ay ərzində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubiley tədbirləri keçirilsin.
loading...
XƏBƏR LENTİ