15 apr 22:10Sosial

Qəbələdə canavarlar kəndə hücüm etdi - Qoyunları parçaladı (Foto + Video)

Qəbələdə canavarlar kəndə hücüm etdi - Qoyunları parçaladı (Foto + Video)Qəbələ rayonunun Böyük Əmirli kəndində qoyunlara canavarlar hücum edib.

Avrasiya.net Xəzərxəbər-ə istinadən xəbər verir ki, gecə saat 4 radələrində qoyunların olduğu qapalı əraziyə soxulan vəhşi heyvanlar orda olan 18 qoyunu öldürüb, 17 qoyunu isə yaralayıb.

Canavarlar həyətə soxulub, xırdabuynuzlu heyvanları tələf edib.

Hadisə Qəbələ rayonunun Böyük Əmirli kəndində, İbad Əmrahovun təsərrüfatında baş verib. Tövləyə girən canavarlar 18 baş heyvanı öldürüb, 17 baş qoyunu isə yaralayıb.Vəhşi heyvanlar beton hasardan aşaraq tövləyə girib.


Kənd sakinləri deyir ki, kənddə belə hadisələr tez-tez olur. Tədbirlər görülmədiyi üçün Canavarlar həyətlərə girib sərbəst gəzirlər.

Rayonun Baş baytar həkimi Bəhman Abdurəhmanov bildirdi ki, cəsədlər baytar həkimlər tərəfindən basdırılıb və quduzluğa qarşı vaksinasiya tədbirləri aparılıb.

Videomaterialı sizə təqdim edirik:
loading...
XƏBƏR LENTİ