15 apr 12:56Sosial

“Yurd” Gənclər Təşkilatı ATƏT DTİHB-nun qərəzli hesabatına etiraz edir

“Yurd” Gənclər Təşkilatı ATƏT DTİHB-nun qərəzli hesabatına etiraz edirAzərbaycan Respublikasının vətəndaş cəmiyyəti institutularından olan “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi 11 aprel 2018-ci il tarixində keçirilən Azərbaycan Respublikasının Prezidenti seçkilərində müşahidə missiyasını yerinə yetirən ATƏT-in Demokratik təsisatlar və insan hüquqları bürosunun müşahidə missiyasının seçkilərdən sonra açıqladığı hesabatını qərəzli hesab edir, bu hesabatla özünü nüfuzlu sayan qurumların prinsiplərinə kölgə saldığı qənaətinə gəlir və bəyan edirik ki, biz, vətəndaş cəmiyyəti institutu olaraq qeyd olunan qurumların müşahidə missiyasının 11 aprel tarixində keçirilmiş prezident seçkilərinin nəticələri ilə əlaqədar hazırladıqları ilkin hesabatı ədalətli və obyektiv hesab etmirik.

Seçkilərdə iştirak edən bir vətəndaş kimi, həm də seçkiləri müşahidə edən təşkilat nümayəndələrimizin hesabatına əsasən deyə bilərik ki, aprelin 11-də Azərbaycanda baş tutan prezident seçkiləri azad və ədalətli, demokratik şəraitdə keçirilib. Seçkilərdə ATƏT-lə yanaşı iştirak edən MDB, TürkPA, Şanxay Əməkdaşlıq Təşkilatı və digər bu kimi müşahidə missiyalarının verdikləri açıqlamalar təsdiqləyir ki, prezident seçkiləri ciddi qanun pozuntuları olmadan, demokratik şəraitdə baş tutub.
Lakin nədənsə bu dəfə də qərbin müstəqil siyasət aparan, xalq-iqtidar birliyinə daim sadiq olan dövlətlərə qarşı ikili yanaşması özünü göstərib. Özünü demokratiya carçısı adlandıran, sülhün və sabitliyin nizalanmasında nüfuz sahibi hesab edən bir qurumun bu bəyanatı təsdiq edir ki, bu qurum da bir sıra qərb təsisatları kimi hansısa güclərin əlində oyuncağa çevrilib və onların diqtəsi ilə oturub-durur.

Hesabatda seçkilərin məhdud siyasi mühit şəraitində keçməsi barədə iddia qeyd olunur və bildirilir ki, guya namizədlərə bərabər şarait yaradılmayıb. Bu fikir tamamilə əsassızdır. Seçki öncəsi prosesdə qeydə alınmış namizədlərin azad və sərbəst şəkildə aktiv seçki kampaniyası aparması üçün bütün zəruri şərait yaradılıb. Televiziya və radioda namizədlərə pulsuz efir vaxtı verilib və hamı bundan istifadə edib. Digər media qurumları da namizədlərə pullu xidmət göstərməkdə maraqlı olduqlarını bildiriblər. Bu da normaldır. Özəl sektor namizdələrə efir vaxtını havayı verməli deyil ki. Bu təbliğatdan da namizədələr istədikləri formada istifadə edə bilərdilər. Kimsə istifadə etmirsə və ya buna hansısa maddi resursu imkan vermirsə bu qanun pozuntusu və nöqsan adlandırıla bilməz və belə adlandırılma tamamilə absurddur və qərəz göstəricisidir.

Qeydə alınan namizədlərin hər biri öz təbliğatını ölkə üzrə keçirib. Rayonlarda geniş zallarda, mədəniyyət mərkəzlərində onlar üçün geniş imkanlar yaradılıb. Onların görüşünə gələnlərin heç birinə hər hansısa maneçilik törədilməyib. Namizədlərin maddi və insan resursları nəyə qadir olubsa, onlar da o istiqamətdə iş aparıb. Hansısa namizəd bütün rayonlara getməyib deyə bunu mane və ya nöqsan adlandırmaq olmaz. Namizədlər özləri də qeyd edib ki, onlar imkanları daxilində sosial bazaları olan yerlərdə, rayonlarda görüşlərini uğurla həyata keçirib, təbliğatlarını aparıblar.

Əgər ATƏT missiyası hansısa özünü müxalifət adlandırıb, lakin ciddi siyasi dəstək bazasına malik olmadığından seçkini baykot yolunu seçənləri nəzərdə tutursa, bu da yanlışdır. Çünki onların da seçkiyə qoşulmasına şərait yaradılıb. Namizədlər arasında sağşı, solçu, mərkəzçi olanların da olması qeyd etdiklərimizin doğru olduğunu təsdiqləyir.Yəni bir sözlə, müşahidə missiyası bu fikrində də yanlışdır və qərəz nümayiş etdirir. Ölkədə demoktiya olmasaydı, siyasi qüvvələr sıxışdırılsaydı, onda bu qüvvələr necə mitinq edirdilər? Onların bu şəraitdən istifadə etməsi belə ATƏT müşahidə missiyasının arqumentlərini sıfıra endirir.

ATƏT müşahidə missiyasının irəli sürdüyü daha bir “nöqsan” lap gülməlidir. Hesabatda qeyd edilir ki, seçki məntəqələrinin bəzilərində seçki qutuları möhürlənərkən içinin boş olub-olmaması nümayiş etdirilmək üçün başaşağı çevrilməyib. Şəffaf seçki qutusunun içində nə olub-olmadığı uzaqdan bəlli olduğu halda, hansısa texniki məsələyə görə bunun edilməsinə nə hacət var? BU qayda illər öncə şəffaf olmayan qutular üçün nəzərdə tutulmayıbmı? Bu fikirlərlə bəzən avropalıların lap robot olduğu anlayışı yaranır bizdə. Şəffaf qutunun çevrilib içinin boş olub-olmadığını göstərmək fikri sizcə absurd deyilmi?
ATƏT müşahidə missiyasının guya nöqsan dediyi məsələlərlə bağlı əks arqumetnlər kifayət qədərdir.

Təşkilat bu hesabatda qeyd olunan “nöqsanları” mənasız, heç bir məntiqi əsası olmayan, fakta söykənməyən subyektiv qərəz fikirləri olduğunu bildirir, hansısa güclərin diqtəsi, maraqlı qüvvələrin təsiri ilə hətta öncədən hazırlandığı qənaətinə gəlir və ATƏT-in Azərbaycanda keçirilmiş prezident seçkilərinin demokratikliyə və şəffaflığına kölgə salmaq ilə bu qurumun iç üzünü, yalanını ortaya çıxarmış olur.

Təşkilat bu hesabatla bir daha bu qənaətə gəlir ki, ATƏT və onun Demokratik Təsisatlar və İnsan Haqları Bürosu hələ də Azərbaycana qarşı qərəzli mövqeyindən əl çəkməyib və fürsət düşdükcə, imkan yarandıqca Azərbaycanı hədəf seçir. Bunu bir mənalı şəkildə pisləyir və bildiririk ki, illərdir Dağlıq Qarabağ probleminin nizamlanması missiyasını üzərinə götürən, lakin heç bir ciddi nəticə əldə etməyən bir qurumdan başqa nəsə gözləmək sadəlövlük olardı. Bu bir daha qərəzin göstəricisi olaraq ATƏT-in Dağlıq Qarabağla bağlı missiyasının da geri götürülməsi vaxtının çatdığını göstərir. Çünki belə qərəzli, ikili standartlala işləyən qurumdan münaqişənin nizamlanmasında ədalətlilik və Azərbaycanının ərazi bütövlüyünün təmin olunmasını gözləmək olmaz.

Sonda ATƏT-in və diqtəsi ilə oturub duran qurumların nəzərinə çatdırırıq ki, Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq ölkəmizdə keçirilən seçkilər ilk növbədə Azərbaycan Respublikası vətəndaşları üçün təşkil edilir. Azad, demokratik, ədalətli və şəffaf şəkildə keçirilmiş prezident seçkilərində Azərbaycan Respublikası vətəndaşları öz siyasi iradələrini bir daha ifadə edərək dəstəklədikləri namizədə səs verərək onu ölkəsinin rəhbəri seçiblər və bu seçimə bütün beynəlxalq qurumlar hörmət etməli və qəbul etməlidirlər. Təşkilat başqa cür yanaşmanı xalqın seçiminə qərəzli şəkildə qarışmaq, vətəndaşların hüquqlarının pozulması, dövlətin daxili işlərinə müdaxilə hesab edir.

Ümid edirik ki, ATƏT-in Demokratik təsisatlar və insan hüquqları bürosunun müşahidə missiyası qeyd olunanlardan nəticə çıxaracaq, öz qərəzli münasibətinə son qoyacaq və öz prinsiplərinə sadiqlik nümayiş etdirərək haqqın tərəfində duracaqdır.
loading...
XƏBƏR LENTİ