07 apr 15:55Sosial

Mirsamir Məmmədov: "Xaricdən öz ölkəsinə söyüş və təhqir etmək, bütün insanlığını itirməkdir"

Mirsamir Məmmədov: "Xaricdən öz ölkəsinə söyüş və təhqir etmək, bütün insanlığını itirməkdir"Anti-Azərbaycançı dairələr hər zaman ölkəmizdə əlamətdar bir gün olduqda və möhrəşəm bir tədbir keçirildikdə dərhal anti-kampaniyaya başlayır. Və görünən fiqur olaraq da radikal müxalifəti və xaricdə sığınacaq almış şəxsləri ön plana çəkir. Anoloji hadisələr tez-tez baş verir və hər zaman bunun tam şahidiyik...

Bunu mətbuata açıqlamasında xaricdən ölkəmizə qarşı söyüş və təhqir ünvanlayanların anti-milli fəalliyyətlərindən və anti-Azərbaycançı mərkəzlərlə əlaqəsindən danışan siyasi ekspert, politoloq Mirsamir Məmmədov deyib.

M. Məmmədov bildirib ki, ölkəmizdə seçki günü yaxınlaşdıqca, xaricdə sığınacaq almış bir neçə şəxsin azğınlaşaraq ölkəmizi hədəf alıb kəskin söyüş və təhqir yağdırması istər ölkə daxilində, istərsə də ölkə xaricindəki ictimai-siyasi mühitdə status-kvonu və hazırki situasiyasını dözülməz hala gətirib çıxarıb. Düşünülmüş plan üzrə, daxildəki radikal müxalifətin də ciddi dəstəyi ilə xaricə qaçmış üç-beş nəfər anti milli şəxslər siyasi arenada dəhşətli patoloji vəziyyət yaradıblar. Söyüş və təhqir, siyasi opponentlik etmək deyil. Öz siyasi oppenentlərinə, özlərinə rəqib saydığı şəxslərə, doğulub böyüdüyü ölkəsinə və vətəninə qarşı söyüş və təhqir yağdırmaq, dəhşətli təzadlı bir hal və xroniki epidemik bir vəziyyətdir. Söyüş və təhqir heçbir zaman siyasi mübarizə seqmenti ola bilməz. İlk olaraq söyüş tərbiyəsizlik, əxlaqsızlıqdır. Görünür ki, bütün həya və utanc hisslərini, mənlik və ləyaqətlərini itiriblər. Çünki bu söyüşləri xanımlar, qız-qadınlar da eşidir, görür. Bu adamların fəaliyyəti heçbir zaman bağışlana bilməz. Azərbaycan xanımlarını belə nəzərə almadan söyüş söymək, təhqirlər etmək bütün insanlıq hisslərinin itirilməsidir. Açıq aşkar görsənir ki, xaricə qaçmış bu anti-milli şəxslərin hər birində ilkin görüntü olaraq, sürətli transformasiya gedir. Kosmopolit düşüncəyə qapılaraq bütün milli mənliklərindən keçirlər və iş o yerə çatır ki, öz vətənlərinin ünvanına söyüş və təhqir yağdırmağa başlayırlar. Bütün əxlaq və insanlıq çərçivəsinin xaricində hərəkət edən bu marionetlər ölkəmizin və xalqımızın bütün milli maraqlarını xidmət etdikləri qüvvələrə, xarici xüsusi xidmət orqanlarına, ələlxüsus da erməni lobbisinə və ermənipərəst dairələrə sataraq vətən xainliyi edirlər və xalqımızın milli maraqlarına xəyanət etməkdədirlər. Bunları idarə edən mərkəzlər, erməni lobbiləri ssenarini hazırlayır, istiqamət verir, bu şəxslər də həmin ssenari ilə hərəkət edərək ölkəmizə və vətənimizə qarşı dəhşətli söyüşlər yağdırmağa başlayırlar. Hazırkı gündəmin ssenariləri "söyüş və təhqir ssenariləri"dir.

Düşmən qüvvələr, xarici xüsusi xidmət orqanları, həmçinin ernəni lobbisi və elə düşmən ölkənin kəşfiyyatı da ölkəmizdə qarışıqlıq, çaxnaşma, təxribat yaratmağa, xüsusilə ölkəmizin böyük əmək və xidmət hesabına qorunan sabitliyini və ölkəmizin, xalqımızın təhlükəsizliyini pozmağa və bir sözlə ölkəmizdəki hazırkı status-kvonu dəyişməyə can atırlar. Ən başlıca hədəf, dövlətçiliyimizi zədələməkdir. Məhz bu səbəblə xaricə qaçmış paradoksal düşüncəli həmin anti-milli şəxsləri ölkəmizin imicini ləkələmək və dövlətçiliyimizə zərbə endirmək üçün mənfur anti-Azərbaycan ssenarilərini və ölkəmizə qarşı kirli və məkrli anti-kampaniyaları icra etmək üçün önə çəkərək ölkəmizə qarşı söyüş və təhqir yağdırtmağa çalışırlar. Siyasətdə və siyasi mübarizədə söyüş və təhqir qətiyyətlə rədd edilir və söyüş söymək beynəlxalq qanunlarla ziddiyyət və tərs-mütənasiblik təşkil edir.

Yəni siyasi mübarizədə söyüş söymək qəti qəbul edilən hal deyil və dediyim kimi, bu hal beynəlxalq qanunlarla qadağandır. Söyüş və təhqir istənilən bir ölkənin milli qanunlarında və Konstitusiyasında cinayət əməlidir və siyasi mübarizə ilə qəti şəkildə əlaqəli ola bilməz. Beynəlxalq qanunlar belə deyir və söyüş və təhqir beynəlxalq qanunlarla cinayət əməlidir. Bu mənfur şəxslər Azərbaycanı və bu ölkəni təhqir etdikcə, söyüş söydükcə 10 milyonluq bir xalqı təhqir etmiş olur ki, bunun barəsində beynəlxalq qanunlarla ölçü götürülməlidir. Söyüş nə zamandan siyasi mübarizə üsulu olub? Bu tendensiya siyasətə nə zaman gətirilib? Demokratiya pərdəsinə bürünərək ölkəmizi və xalqımızı üç-beş nəfərə bəlli qüvvələr söydürürlər və adını Demokratiya qoymağa çalışırlar. Demokratiya yəni tərbiyəsizlik və əxlaqsızlıq deməkdir? Axı əsla belə deyil. Demokratiyanın özü belə, sivil qanunlara əsaslanır, Demokratiya özü qanunların tətbiqidir. Yalnız, sivil qanunların tətbiqinə Demokratiya deyilir. Avropaya qaçaraq ölkəmizi və xalqımızı təhqir edən həmin üç-beş nəfər Demokratiya qanunlarını dəhşətli şəkildə pozmuş, bütün əxlaq qaydalarını ayaq altına ataraq, tərbiyəsizcəsinə küçə söyüşlərilə Avropanın gündəmini bəzəməkdədir.

Bu üç-beş nəfərlər Demokratiya adına da silinməz bir ləkə və üfunət qoxuyan mənəvi tullantılar halını özlüyündə formalaşdırıblar. Çox maraqlıdır ki, Avropa ölkələrində məskunlaşaraq ölkəmizi bu şəkildə hədəf alaraq söyən bu tip insanların eynisi bizim ölkədə olsa və hansısa Avropa ölkəsini və xalqını, hansısa ölkənin Konstitusiyasının və xalqının milli maraqlarının qoruyucusu olan Dövlət və ya hökumət başçısını təhqir etsəydi, Avropa və dünya birliyi bu şəkildə səssizcə seyr edərdimi? Əlbəttə ki, əsla yox! Ölkəmizə və xalqımıza qarşı yönəlmiş söyüş və təhqirlər birmənalı olaraq bəlli qüvvələr tərəfindən planlanır və xaricdəki vətən xainləri olan, ölkəmizin və xalqımızın bütün milli maraqlarını peşkəş çəkən marginallar tərəfindən icra olunur. Həmin marginalların xaricdəki bütün davranışları, addımları, bütün fəaliyyətləri, ölkəmizdə görmək istədikləri siyasi abu-hava məhz düşmən ölkənin xalqımıza qarşı mənfur düşmənçilik siyasəti ilə eynilik, mütanasiblik və birbaşa sinxronluq təşkil edir.

İşğalçı ermənistanın xüsusi xidmət orqanları ilə mütamadi əlaqədə və dialoqda olan bu marionetlər, düşmən ölkənin daim arzusunda olduğu məkrli anti-Azərbaycan ssenarilərinin icrasında, xarici xüsusi xidmət orqanlarının, ermənipərəst mərkəzlərin və birbaşa erməni lobbilərinin planladığı, ölkəmizə qarşı mənfur qarayaxma və şantaj kampaniyalarının həyata keçirilməsində can başla və çox həvəslə iştirak edərək, bu anti-kampaniyaların təşkilində və müəyyən tərkib hissələrində şəxsi təşəbbüslərini və iyrənclik, xainlik məharətlərini bütünlüklə ortaya qoyaraq ölkəmizə və xalqımızın milli maraqlarına qarşı bağışlanmaz xəyanət etməkdədirlər. Bu adamlar bütün hallarda öz mənliklərini, milli kimliklərini, bütün şəxsiyyətlərini, ən əsası isə insanlıqlarını ayaqlar altına ataraq saydığım bu məhvumları düşmən qüvvələrə peşkəş veriblər. Öz ölkəsinə qarşı bu şəkildə düşmən kəsilərək gecə-gündüz söyüş və təhqir yağdırmağın adı budur.
Avropada və dünyada geniş yayılmış və hal hazırda tətbiqinə çalışılan Kosmopolitizmi ölkəmizə yeritməyə çalışırlar. Məhz bu adamlara Kosmopolit düşüncəni və ideologiyanı qeyri-ixtiyari, istər-istəməz təbliğ etdirmiş olurlar.

Söyüş və təhqir halı çox dəhşətli bir tendensiyadır. Xaricdəki vətən xainlərini ölkəmizə qarşı mənfurcasına istifadə edənlər bunun fərqindədir və məhz düşünülmüş və planlanmış siyasətdir ki, söyüş və təhqir fiziki güc tətbiqinə yol açan, qarışıqlıq və çaxnaşma yarada biləcək haldır. Əvvəla söyüş və təhqir cinayət əməlidir, eyni zamanda da, qarşındakını da cinayətə təhrik və sövq edən bir əməldir. Bu səbəbdən də siyasətdə söyüş və təhqir qəti şəkildə qadağandır. İndi isə ölkəmizi və xalqımızı hədəf alaraq gecə-gündüz söyüş və təhqirlər yağdıran anti-milli ünsürlər, erməni xidmətçiləri olan həmin bu marionetlər ölkəmizin və xalqımızın milli maraqlarını düşmən qüvvələrə satdığına və vətən xainliyi etdiyinə görə Azərbaycan qanunları ilə məsuliyyət daşımaqla bərabər, söyüş və təhqir ampulasından çıxış etdiklərinə, siyasi arenaya məhz söyüş və təhqir konsepsiyasını gətirdiyinə görə, həmçinin ölkəmizi gecə-gündüz söyüb təhqir etdikləri üçün məhz beynəlxalq qanunlarla məsuliyyət daşıyırlar, həmin qanunlarla ən ağır şəkildə cəzalandırılmalı və cəzasını çəkmək üçüm ölkəmizə ekstradisiya edilməlidir. Əgər məsələyə qanun çərçivəsində yanaşsaq belədir. Niyədə olmasınki? 10 milyonluq bir xalqın yaşadığı ölkəni söyüb təhqir etmək ən ağır və bağışlanmaz cinayətdir.

Çünki bu adamların ölkəmizə qarşı olan söyüş və təhqirləri düşmən ölkənin mətbuatı tərəfindən scrin edilir, kəşfiyyat orqanları tərəfindən də həmçinin toplanır, yeri gəldiyində Azərbaycana qarşı komporamat savaşı olaraq istifadə etməyə cəhd ediləcək. Bu adamlar, həmin söyüş və təhqir komandasında təmsil olunanlar ölkəmizə və xalqımıza qarşı bu bağışlanmaz cinayətləri ediblər. Ölkə daxilində bir çoxları, xaricdəki söyüş və təhqir komandası ilə həmrəydir və eyni mərkəzdə təmsil olunurlar. Daxildəki radikal müxalifətlə xaricdəki radikal söyüş komandası eyni qüvvələr tərəfindən idarə olunur. Bu birliklər tandemi birbaşa erməni lobbisinin istək və maraqlarına xidmət göstərməkdədir. Hədəfləri ilk olaraq başda Dövlətçiliyimiz, Dövlətçiliyimizin keşiyində mükəmməlcəsinə dayanmış şəxs olaraq ölkə başçısı cənab İlham Əliyevdir. Çünki İlham Əliyevin adı Dövlətçiliyimizin qarantiyası, xalqımızın bütün milli maraqlarının təmini deməkdir. Bu səbəbdən, xarici düşmən dairələr, məkrli erməni lobbisi və ermənipərəst ölkələrin xüsusi xidmət orqanları səfərbər olaraq dövlətiçiliyimizi zədələməyə, hətta mümkün qədər və gücləri yetərsə məhv etməyə, ölkəmizdə çaşqınlıq, qarışıqlıq, vətəndaş müharibəsi, qardaş qırğını salmağa çalışırlar.

Ölkədə nifaq toxumları səpmək, xalq-iqtidar birliyini pozmaq, ərəb coğrafiyasındakı dəhşətli qırğınların müəyyən qismdə mümkün qədərini bu bölgədə xüsusən ölkəmizdə tətbiq etmək və bu kimi mənfur planları həyata keçirtmək kimi avantüralar düşünülür və öz təxayüllərində, bu ambisiyalarının nə zamansa mümkün olacağının əminliyindədirlər. Yəni birbaşa xalqımızı hədəf alıblar. Məsələ əslində bu qədər tragedikdir. Söyüş və təhqir komandasının formalaşdırılmasının ardında bu amillər və bu avantüralar dayanır. Gecə-gündüz ölkəmizi söyənlər və daxildən bu marginal anti-milli ünsürlərlə həmrəy olanlar və anti-dövlətçilik, anti-Azərbaycançılıq fəaliyyəti aparanlar əslində bu dəhşətli ssenarilərə qulluq etmiş olurlar. Xaricdəki "söyüş qurupu"nun və onlarla həmrəy olanların bütün fəaliyyəti anti-dövlətçilik, anti-millətçilik və anti-Azərbaycançılıq üzərində qurulub və ermənilərin, düşmən qüvvələrin ölkəmizə və xalqımıza qarşı mənfur düşmənçilik siyasətinə əsaslanır. Hansı rakursdan yanaşsaq, hansı baxış bucağından baxsaq bu açıq aydın görünür. Odur ki, xaricdə erməni maraqlarına xidmət edən bu adamların bütün addımları vətən xainliyinin, xalqımıza xəyanətlərin açıq təzahürüdür. Bu məsələ artıq ümumxalq məsələsidir və hazırda ölkə ictimaiyyəti kəskin şəkildə bu adamlara öz etirazını edir, sosial şəbəkələrdə xalq kütləsi öz siyasi iradəsini sərgiləməkdədir. Bu adamların və bunlarla həmrəy olan hər kəsin, həmçinin daxildə radikal müxalifətin bütün fəaliyyəti Azərbaycan xalqının iradəsinin ziddinə və əksinədir.
loading...
XƏBƏR LENTİ
20-05-2019, 19:21
SORĞU